Azərbaycanda səfərdə olan Türkiyə Ali Təhsil Şurasının sədri Gökhan Çetinsayanın rəhbərlik etdiyi nümayəndə heyəti Anadolu Universiteti “Azərbaycan Proqramları” nda olub

Tarih: 
19/01/2013 - 15:00

     19 yanvar 2013-cü il tarixdə Türkiyə Ali Təhsil Şurasının (Yükseköğretim Kurulu-YÖK) sədri Gökhan Çetinsayanı, onun xanımı Ebru Çetinsayanı, Anadolu Universitetinin rektoru Davut Aydını və onları müşayiət edən digər qonaqları Anadolu Universiteti “Azərbaycan Proqramları” nda təhsil alan bir qrup tələbə gül-çiçək dəstələri ilə qarşıladılar.
      Daha sonra qonaqlar Anadolu Universiteti “Azərbaycan Proqramları” koordinatoru və tələbələrlə görüşdülər. Görüşdə Anadolu Universiteti “Azərbaycan Proqramları” koordinatoru Azər Hətəmov, Türkiyə Ali Təhsil Şurasının sədri Gökhan Çetinsaya, onun xanımı Ebru Çetinsaya, Anadolu Universitetinin rektoru Davut Aydın və Anadolu Universitetinin rektor müavinləri Aydın Ziya Özgür, Naci Gündoğan və Mustafa Cavcar, Azərbaycan Respublikasının Ankaradakı səfirliyinin təhsil üzrə attaşesi Nəcibə Nəsibova, Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) İdarə heyətinin sədri Cemal Yangın və digər qonaqlar iştirak ediblər.
      Görüşün əvvəlində Anadolu Universitetinin rektoru Davut Aydın qonaqları salamlayaraq Anadolu Universiteti “Azərbaycan Proqramları” layihəsinin həyata keçirilməsində Ali Təhsil Şurasının da böyük dəstəyi olduğunu vurğulayıb bidirdi ki, icrasına başlandığı ilk gündən layihə sürətlə inkişaf edir.
      Daha sonra Türkiyə Ali Təhsil Şurasının sədri Gökhan Çetinsaya və onun rəhbərlik etdiyi nümayəndə heyəti Anadolu Universitetində Azərbaycandan distant formada təhsil alan bir qrup tələbə ilə görüşdü. Görüş iştirakçıları Anadolu Universitetinin müəllimi Vedat Ekergil tərəfindən Eskişehirdən videokonfrans vasitəsilə canlı olaraq “Maliyyə Mühasibatlığı” mövzusunda oxunan mühazirəni dinlədilər. Sonda Gökhan Çetinsaya tələbələrlə görüşündən məmnunluğunu ifadə etdi və onlara qlobal tələblərə cavab verə biləcək kadr kimi yetişə bilmələri üçün təhsillərini ömür boyu davam etdirmələrini tövsiyə etdi və Anadolu Universitetinin “Azərbaycan Proqramları” distant təhsil layihəsi çəçivəsində təhsil alan bütün tələbələrin məzun olduqdan sonra gələcəkdə hər iki qardaş dövlətin- həm Türkiyənin, həm də Azərbaycanın inkişafına xidmət edəcəklərinə əminliyini ifadə etdi.
      Sonda Türkiyə Ali Təhsil Şurasının sədri Gökhan Çetinsaya, onun xanımı Ebru Çetinsaya, Anadolu Universiteti “Azərbaycan Proqramları” koordinatoru Azər Hətəmov, Anadolu Universitetinin rektoru Davut Aydın və onları müşayiət edən digər qonaqlar tələbələrlə birgə xatirə şəkli çəkdirdilər.

Rəylər:

No comments available.