Azərbaycandan Anadolu Universitetinə əməkdaşlıq səfəri

Tarih: 
09/07/2021 - 15:45

Azərbaycan Dövlət İqtisad Universiteti açıq və uzaqdan(məsafədən) təhsil sahəsində qırx ildən artıq təcrübəsi ilə Türkiyənin ən vacib təhsil müəssisələrində biri olan Anadolu Universitetini ziyarət etdi.
Nümayəndə heyətinin tərkibinə Azərbaycan Dövlət İqtisad Universitetinin Tədrisin Keyfiyyətinin Qiymətləndirilməsi və İdarəedilməsi Mərkəzinin  direktoru dos. Qasımov Raqif Xanbala oğlu , Azərbaycan Dövlət İqtisad Universitetinin Uzaqdan (məsafədən, distant) Təhsil Mərkəzinin direktoru Əziz Zaur Vaqifoğlu və  Azərbaycan Dövlət İqtisad Universiteti Türk Dünyası İqtisadiyyat Fakültəsi İqtisadiyyat və Biznesin Təşkili və İdarə edilməsi Bölümü üzrə müəllim Məmmədli Qələndər Rizvan oğlunun da daxil olduğu Nümayəndə heyəti səfər çərçivəsində Açıqöyrətim, İqtisadiyyat və Biznesin Təşkili və İdarə edilməsi Fakültələri ilə Öyrənmə Teknologiyaları Ar-Ge Vahidi (ÖTAG), Test Araşdırma Vahidi (TAB) , Komputer Tədqiqatı və Tətbiqi Mərkəzin (BAUM) haqqında səlahiyyətlilərdən məlumat aldılar.
İki universitet arasındakı əməkdaşlıq protokolu çərçivəsində Anadolu Universiteti Rektoru Prof. Dr. Fuat Erdal, Məsafəli təhsil sistemi üzrə Rektor müavini Prof. Dr. İbrahim Kaya və Məsafəli Təhsil Fakültəsi Dekan köməkçisi Dos. Dr. Sinan Aydın Azərbaycan Dövlət İqtisad Universiteti heyəti ilə görüş keçirdi.
 
http://egazete.anadolu.edu.tr/kampus/40141/azerbaycandan-anadolu-univers...
 
#Anadolu
#AnadoluUniversiteti
#AnadoluÜniversitesi
#AzərbaycanProqramları
#AzerbaycanProgramlari
#İqtisadUniversiteti
#UNEC
#Əməkdaşlıq
#Emekdaslıq
#distant
#tehsil
#eğitim
 

Rəylər:

No comments available.