Azərbaycanlı tələbə Fakültə birincisi olaraq mükafatlandırıldı

Tarih: 
14/06/2016 - 16:15

 
          Anadolu Universiteti 2015-2016 tədris ili üçün, Eskişehir`də təşkil edilən böyük Məzuniyyət Tədbirləri ərəfəsində silsilə olaraq, hər il olduğu kimi bu il də bir sıra digər tədbirlər keçirildi. Universitetin Azərbaycan Proqramlarının məzunları üçün xüsusi olaraq AÖF Dekanlığının  konferans salonunda Azərbaycan Proqramları məzunları ilə görüşmək üçün, Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov, dekan müavinləri – Doç. Dr. Muhammet Recep Okur, Doç. Dr. Gökhan Kuş, Doç. Dr. Sinan Aydın, Doç. Dr. Murat Akyıldız, Köksal Büyük və AÖF müəllimlərinin iştirakı ilə tədbir təşkil edilmişdir. Səmimi şəraitdə keçən görüşdə Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov və digər çıxış edənlər tələbələri məzun olmaları münasibəti ilə təbrik edərək, onlara bundan sonrakı həyatlarına uğurla davam etmələri üçün dəyərli tövsiyələr etmişdirlər. Məzunlar da onlara ayrılan diqqətdən dolayı öz minnətdarlıqlarını bildirmişlər.
          Bu il həmçinin Açıköğretim  binası qarşısında toplaşan məzunlar cübbə və keplərini geyinərək həyəcan və qürur içərisində gözləməkdə idilər. Hər il olduğu kimi bu il də əsas tədbirdən öncə “Yunus Emre Kampüsü”ndəki Açıköğretim binasının yaşıl mənzərəli həyətində ənənəvi olaraq Fakültə birincilərinə Rektorluq tərəfindən hədiyyələr təqdimetmə tədbiri keçirildi. Anadolu Universitetinin Prorektoru Yücel Güney, Universitetin Prorektoru Adnan Özcan, AÖF dekan müavinleri Recep Okur, Sinan Aydın və Universitetin digər səlahiyyətliləri ən başarılı məzunlara hədiyyələr təqdim etdilər. Azərbaycan məzunlarından 4 illik təhsil müddətinə iki diplom əldə edən, oxuduğu illərdə “Yüksek Onur Belge”ləri alaraq ən yüksək nəticə ilə məzun olan Turan Şərifov`un adını elan etdikdən sonra, Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov hədiyyəni təqdim etmək üçün kürsüyə dəvət edildi. Koordinator Azər Hətəmov hədiyyələri fakültə birincisi olan Turan Şərifov`a təqdim edərək, Azərbaycan adına onunla qürur duyduğunu, uğurlarının daimi olmasını diləmişdir. Hədiyyələr təqdim edilərkən xatirə şəkilləri çəkilmişdir.
          Onu da qeyd edək ki, Fakültə birincisi Turan Şərifov`un hədiyyələri bununla məhdudlaşmır. Belə ki, Anadolu Universiteti Rektoru Prof. Dr. Naci Gündoğanın şəxsən öz imzası ilə yazılmış Mustafa Kamal Atatürkün “Nutuk” adlı kitabı   Rektor tərəfindən tələbənin yerləşdiyi otel nömrəsinə göndərilmişdir.
 

Rəylər:

No comments available.