"Azerbaijan Coca-Cola Bottlers" MMC-nin baş direktoru Rəna Məmmədova Anadolu Universitetində Azərbaycandan təhsil alan tələbələrə "Karyera Planlaması" mövzusunda seminarı

Tarih: 
10/07/2024 - 18:30

10.07.2024 tarixində "Azerbaijan Coca-Cola Bottlers" MMC-nin baş direktoru Rəna Məmmədova və MMC aparatının əməkdaşları Anadolu Universiteti Azərbaycan Proqramlarının qonağı oldular. Onları Anadolu Universitetində Azərbaycandan təhsil alan bir qrup tələbə və qurum əməkdaşları gül-çiçək dəstələri ilə qarşıladılar.
 
Daha sonra "Azerbaijan Coca-Cola Bottlers" MMC-nin baş direktoru Rəna xanım Məmmədova Anadolu Universitetində təhsil alan bir qrup tələbə ilə görüşdü. Görüşə gələn tələbələrə Rəna xanım Məmmədova və MMC-nin maliyə sektorunun müdiri Mirac xanım Özdil "Karyera Planlaması" və "Dayanıqlı maliyə" mövzularında seminar verərək, öz çıxışlarında tələbələrə geniş dünyagörüşə malik olmağın, müstəqil və yaradıcı düşünməyin, nəzəri və praktik biliklərə yiyələnməyin vacibliyini vurğulayaraq daim öz üzərilərində işləmələrini məsləhət gördülər. Bütün iştirakçılar tərəfindən maraqla dinlənilən seminarın sonunda Rəna xanım tələbələrin suallarını da cavablandırdı.
 
Seminarın ardından Rəna xanım Məmmədova və başçılıq etdiyi nümayəndə heyəti ilə Anadolu Universiteti Azərbaycan Proqramları rəhbərliyi arasında görüş olmuş,səmimi şəraitdə keçən görüşdə Anadolu Universitetinin Azərbaycandakı tələbələrinin "Coca-Cola" şirkətində staj məsələləri və digər məsələlər müzakirə olunmuşdur.
Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov, sıx iş qrafikinə baxmayaraq Anadolu Universiteti Azərbaycan Proqramlarını ziyarət etdiyi üçün Rəna xanım Məmmədovaya təşəkkür etdi və Anadolu  Universiteti rəhbərliyi adından "Teşekkür Belgesi" təqdim etdi.
 
#Anadolu #AnadoluUniversiteti #AzərbaycanProqramları #AzerbaycanProgramlari #abituriyent #abituriyentqebulu #abituriyentqəbulu #distant #qəbuldavamedir#qebuldavamedir #attestatlaqebul #attestatlaqəbul #attestatlaqəbul #xaricdetehsil #xaricdətəhsil #türkiyədətəhsil #eğitim #tehsil #təhsil #distant #AnadoluÜniversitesi #AzərbaycanProgramları #seminar #karyera

 
 

Rəylər:

No comments available.