Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi (DAMM), Sabitlik və İnkişaf Mərkəzi və “Dostluq məşəli” qəzetinin təşkilatçılığı ilə 2 fevral “Gənclər günü” münasibətilə tədbir keçirilmişdir.

Tarih: 
03/02/2015 - 12:00

      Tədbirdə DAMM -ın birinci vitse-prezidenti Rasim Məmmədov, DAMM rəyasət heyətinin üzvü İqtisad elmləri doktoru Prof. Rasim Nəbiyev və başqa tanınmış şəxslərlə yanaşı Anadolu Universiteti “Azərbaycan Proqramları” tələbəsi olan bir qrup gənclər də iştirak etmişlər. Tədbirdə çıxış edənlər gəncləri bayram münasibətilə təbrik etmiş, onlara uğurlar arzulamışlar.
       Tədbirin bədii hissəsi Anadolu Universiteti “Azərbaycan Proqramları” tələbəsi Seymur Bəyəlizadənin vətən haqqında söylədiyi şeir , tanınmış skripkaçı Səlim Abbasovun ifasında səslənən rəngarəng musiqilərlə davam etmişdir.

Rəylər:

No comments available.