Eskişehirdə Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Tarih: 
11/05/2023 - 11:00

Mayın 10-da qardaş Türkiyədə Anadolu Universitetində, Universitetin Heydər Əliyev Məlumat və Araşdırma Mərkəzi və Anadolu Universiteti Azərbaycan Proqramlarının təșkilatçılığı ilə müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib, ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla anılıb.
Anadolu Universitetinin "Öğrenci Kongre Merkezi"ndə Universitetin professor müəllim heyətinin və tələbələrinin iştirakı ilə keçirilən tədbirdə öncə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Anadolu Universitetinin rektoru Prof. Dr. Fuat Erdal Heydər Əliyevin tarixin müxtəlif mərhələlərində göstərdiyi fəaliyyətlərdən bəhs edib. Prof. Dr. Fuat Erdal qeyd edib ki, Heydər Əliyev Azərbaycana rəhbərliyi dövründə Azərbaycanda bütün sahələrin, xüsusi ilə elm və təhsilin inkişafına xüsusi önəm verib.
Sonra Eskişehir Azərbaycanlılar dərnəyinin başçısı Cavid Aydin Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovun tədbir iştirakçılarına ünvanladığı məktubu səsləndirib.
Sonra Universitetin Heydər Əliyev Məlumat və Araşdırma Mərkəzinin rəhbəri Prof.Dr. Burhan Sayılır "Heydər Əliyevin həyatı və düşüncə tərzi", Universitetin Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov "Heydər Əliyevin Türkiyə- Azərbaycan təhsil əlaqələrinə baxışı", Hüquq fakültəsinin şöbə müdiri Prof.Dr Gökhan Güneysu "Heydər Əliyev və Qarabağ məsələsi"mövzuları üzrə çıxış ediblər. Çıxışlarda Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Türkiyə-Azərbaycan münasibətlərinə verdiyi
töhfələrdən, Azərbavcan təhsilinin inkisafındakı tarixi xidmətlərindən danışılıb. Daha sonra Universitetin Konservatoriyasında magistr təhsili alan opera sənətçisi Fidan Hüseynovanın ifasıyla bədii proqram təqdim edilib. F.Hüseynova Ulu öndər Heydər Əliyevin sevdiyi "Küçələrə su səpmişəm" və "Alagöz" mahnılarını ifa edib.
 
#Anadolu #AnadoluUniversiteti# AzərbaycanProqramları #AzerbaycanProgramlari #abituriyent #abituriyentqəbulu #distant #qəbuldavamedir #qebuldavamedir #attestatlaqebul #attestatlaqəbul #attestatlaqəbul #xaricdetehsil #xaricdətəhsil #türkiyədətəhsil #eğitim #tehsil #təhsil #distant #HeydərƏliyev #HeydarAliyev #HeydərƏliyev100 #ÜmummilliLider #UluÖndər #türkiye #eskişehir #uluönder #100illik
 

Rəylər:

No comments available.