İstanbulda Dünya Türk İş Şurasının (DTİK) 10-cu Qurultayı keçirildi

Tarih: 
16/09/2023 - 16:15

15-16 sentyabr tarixlərində İstanbulda Dünya Türk İş Şurasının (DTİK) 10-cu Qurultayı keçirilmişdir. Qurultayda dünyanın 131 ölkəsini təmsil edən çoxsaylı nümayəndələr iştirak edirdi.

Azərbaycan Respublikası İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin, Diasporlarla İş üzrə Komitə sədrinin birinci müavini Valeh Hacıyevin, KOBİA İ.H. sədri Orxan Məmmədovun, Azərbaycan Türkiyə İş Adamları Birliyi İH üzvü, Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmovun və digər şəxslərin də iştirak etdiyi Qurultayın açılışında Türkiyə Respublikasının prezidenti Recep Tayyip Erdoğan çıxış etdi. O çıxışında ”Türk Dövlətləri Təşkilatı: Beş Dövlət Bir Diaspor” şüarı ilə fəaliyyət göstərən Dünya Türk İş Şurasının Türkiyə və Türkiyəyə dost, qardaş olan ölkələrdə əhəmiyyətini vurğuladı.

Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlərin rəsmilərinin,biznes dairələri və beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı tədbirdə iqtisadi əməkdaşlıq, təşkilata üzv ölkələrin diaspor təşkilatları arasında tərəfdaşlığın genişləndirilməsi,birgə investisiya imkanları barədə müzakirələr aparıldı.

Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov həmçinin, Qurultayın ikinci günündə B2B formatında təşkil olunan ikili görüşlər çərçivəsində, Türkiyədən və dünyanın müxtəlif ölkələrindən tədbirdə iştirak edən Qurumların rəhbərləri ilə görüşərək, əməkdaşlıq imkanları və perspektivləri baradə fikir mübadiləsi apardı.

 

#Anadolu #AnadoluUniversiteti #AzərbaycanProqramları #AzerbaycanProgramlari #abituriyent #abituriyentqebulu #abituriyentqəbulu #distant #qəbuldavamedir#qebuldavamedir #attestatlaqebul #attestatlaqəbul #attestatlaqəbul #xaricdetehsil #xaricdətəhsil #türkiyədətəhsil #eğitim #tehsil #təhsil #distant #ATİB #DTİK #qurultay #koordinator #AzərHətəmov #RecepTayyipErdoğan

 

 

Rəylər:

No comments available.