Məzunlarımız Koordinatorumuza öz təşəkkürlərini bildirdilər

Tarih: 
11/07/2016 - 12:45

 
          Türkiyədən, Anadolu Universiteti 2016 “Mezuniyet Töreni”ndən qayıdan məzunlarımız öz təşəkkürlərini bildirmək üçün, Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmovu ziyarət etmişlər. Həmin günün təəssüratlarını məzunlarımızın dilindən olduğu kimi təqdim edirik.
          Bu tarix (06.06.2016; Saat 16:00) həqiqətən də tarixə düşdü. “2016 Mezuniyet Töreni”nə qatılan məzunlarla keçirilən görüşün xatirələri, unudulmaz anlarla yaddaşlara yazıldı. “2016 Mezuniyet Töreni”nə qatılan məzunlar olaraq, Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov`a öz dərin təşəkkür və minnətdarlığımızı bildirdikdən sonra, biz məzunlar adından koordinatorumuza xatirə olaraq təşəkkür plaketi hədiyyə etdik. Bununla yanaşı öz təşəkkür məktubumuzu mətbuatda http://sia.az/en/news/education/548120-mezun-olmaimizda-eziyyeti-kecen-her-kese-tesekkur-edirik işıqlandıraraq, Azər müəllimə təqdim etdik, bizim üçün çəkdiyi zəhmətlərin qarşılığında, öz minnətdarlığımızı bu şəkildə bildirmək  istədik.
          Bu arada Anadolu Universiteti məzunları olaraq, bizim sevincli, həyəcanlı istəyimizi qəbul etdikləri üçün, təşəkkür məktubumuzun dərc edilməsində böyük rolu olan “Səs İnformasiya Agentliyi”nin rəhbərliyinə dərin minnətdarlığımızı bildiririk.
          Məzuniyyət tədbirində iştirak edən məzunlar olaraq, digər məzun dostlarımızı da bir daha təbrik edirik və hər zaman başarılı olmaqlarını istəyirik.
          “2016 Mezuniyet Töreni”ndə iştirak edən məzunlar olaraq bir daha təşəkkür edirik:
Hörmətlə,
Turan Şərifov
Arzu Allahverdiyeva
Ülkər Rəsulzadə
Fuad Nazılzadə
Gülər Qasımlı
Gülnarə Qarayeva
Elvin Abdurahmanlı
İlona Qurbanova
Nuray Öztürk
Nərmin Rəsulzadə
Mahmud Mahmudlu
Vüsalə Həsənzadə
Günel Kazımova
Aysel Cavadova
Məlahət Nəcəfli
Günay Yusifqızı
Anar Ağazadə
Nisəxanım Rəhimova
Günel Piriyeva
Aysel Quliyeva
Nargözəl Məmmədova 
Qeyd: Təşəkkür məktubumuzu aşağıdakı saytın linkinə daxil olaraq oxuya bilərsiniz:
 

Rəylər:

No comments available.