Məzunlara diplomların təqdim olunması.

Tarih: 
18/01/2020 - 15:00

18 yanvar 2020-ci il tarixində Türkiyənin Anadolu Dövlət
Universitetində Azərbaycanı tərk etmədən, distant formada Ali təhsil
alaraq  məzun olan Ləman Bağırova (İktisat), Nərgiz İbadullayeva  (İşletme), Gülsün Pənahlı (İktisat) ,Nurlana Əlizadə (İktisat) , Cabir Əzizov (İktisat ) və Əzizə Nəzərovaya (Turizm və Otel işletmeciliği  ) diplomları təqdim olundu.

Diplomları məzunlarımıza Anadolu Dövlət Universitetinin Azərbaycan
Proqramları nümayəndəsi Araz Hətəmzadə təqdim etdi. Araz Hətəmzadə məzunları təbrik edərək , gələcək iş həyatlarında onlara uğurlar
arzuladı..
Məzunlar  Anadolu Universitetinin onların təhsil almaları üçün yaratdığı bu
imkan və fürsətə görə Universitetin rəhbərliyinə və Azərbaycan Proqramları kollektivinə
öz təşəkkürlərini bildirdilər.
Sonda  Azərbaycan Proqramları nümayəndəsi
Araz Hətəmzadə ilə xatirə şəkilləri çəkdirildi.
 

Rəylər:

No comments available.