Magistratura pilləsi üzrə təhsil almaq istəyən şəxslərlə Eskişəhər studiyası arasında videokonfrans görüş
Türkiyənin Anadolu Universitetində magistratura pilləsi üzrə həm əyani, həm də məsafəli (distant , online ) formada təhsil almaq istəyən Azərbaycan Universitetlərindən məzun olan bir qrup şəxslərlə Universitetin Magistratura şöbəsinin və Açıqöyrətim fakultəsinin rəhbərliklərinin iştirakı ilə Bakı studiyası ilə Eskişəhər studiyası arasında videokonfrans görüşü keçirilmişdir. Görüşdə Universitetin Eskişəhər studiyasından Açıqöyrətim Fakultəsinin dekan müavinləri Doç.Dr.Sinan Aydın, Doç.Dr Mehmet Fırat və Sosial Bilimlər İnstitutunun Müdir müavini Nilüfer Boran Güneysu, Azərbaycan studiyasından Universitetin Azərbaycan Proqramları üzrə koordinatoru Azər Hətəmov, magistratura təhsili almaq istəyənlər iştirak etmişdilər.İlk öncə Anadolu Universiteti Azərbaycan proqramları koordinatoru Azər Hətəmov hər iki studiyada əyləşənləri salamlamış,təhsilin magistratura pilləsində təhsillərini davam etdirmək istəyənlərə uğurlar arzulamışdır.Sonra Əskişəhərdən Universitetin səlahiyyətli aidiyyatı şəxsləri magistraturaya qəbul və digər şərtlər haqqında ətraflı məlumat vermiş,həmçinin onların suallarını cavablandırılmışlar.
Rəylər: