Moldovada “İkinci Gagauz Beynəlxalq İnvestisya Forumu” keçirilmişdir

Tarih: 
12/11/2016 - 18:30

Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru Azər Hətəmov və Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) İH sədri Cemal Yangın Moldovada keçirilən  “İkinci Gagauz Beynəlxalq İnvestisya Forumu”nda iştirak etmişlər.
     5 noyabr tarixində keçirilən beynəlxalq  tədbirə dünyanın 20 ölkəsindən 250 nəfərə yaxın şəxs qatılmışdır. Tədbirdə fəxri iştirakçılar sırasında Moldova rəhbəri-Baş nazir Pavel  Filip, Gagauziya başkanı İrina Vlak, Gagauziya Xalq məclisinin sədri Dmitri  Konstantinov, Moldova Baş nazirinin müavini-iqdisadiyyat naziri Oktavian Kalmik, Türkiyə Cumhuriyyəti (T.C.) Baş Nazirinin müavini Yıldırım Tugrul Türkeş, Moldova Kənd Təsərrüfatı və Yeyinti sənayesi naziri Eduvard Qrana, Sankt-Peterburg şəhərinin vitse-meri Sergey Movcan, Moldava, Türkiyə, Rusiya, Rumuniya və dünyanın müxtəlif ölkələrindən olan KİV nümayəndələri iştirak etmişlər. Tədbir iştirakçıları əsasən Moldova, Türkiyə, Rusiya, Azərbaycan, Rumuniya, Avstriya, Almaniya, Macarıstan, Çexoslovakiya, Çin və s. ölkələri təmsil etmişlər.
     T.C. Xarici İqtisadi Əlaqələr Qurumunun(DEIK) xətti ilə T.C. Baş nazirinin müavini Yıldırım Tuğrul Türkeşin rəhbərliyi altında olan nümayəndə heyətinin  tərkibində ATİB İH sədri Cemal Yangın və Anadolu Universiteti Azərbaycan Programları koordinatoru Azər Hətəmov, nümayəndə heyətinin tərkibində həmçinin Türkiyə və Şimali Kipr Türk Cumhuriyyəti universitetlerinin, tanınmış şirkətlərin rəhbərlikləri də yer almışlar.
     Komrat Dövlət Universitetində təşkil olunan tədbir  öz işini 3 dildə – Türk, Rus və İngilis dillərində həyata keçirmişdir. Forumda Moldova baş naziri, Türkiyə baş nazirinin müavini, Gagauz başkanı və Beynəlxalq təşkilatların Moldovadakı nümayəndəliklərinin rəhbərlərinin çıxışları maraqla dinlənilmişdir. Forum iştirakçılarına Moldova və Gagauz Muxtar bölgəsinin iqtisadi-hüquqi şəraitini ətraflı öyrənmək imkanları yaradılmışdır. Forum daha sonra 3 ayrı plenar iclaslarla davam etdirilmişdir. Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov və ATİB İH sədri Cemal Yangın Forum sonrası həmçinin plenar iclaslarda da və müzakirələrdə fəal iştirak  etmişlər. Həmçinin müxtəlif ölkələrdən olan nümayəndələrinə və bölgənin aidiyyatı qurum rəhbərlərinə Anadolu Universiteti haqqında məlumat verərək, onlarla əməkdaşlıq prespektivlərini müzakirə etmişlər. Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru Azər Hətəmov və ATİB İH sədri Cemal Yangın eyni zamanda Moldova yerli televizyalarına və qəzetlərinə müsahibələr vermişlər.
      ATİB İH sədri Cemal Yangın və Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru Azər Hətəmov eləcə də T.C. Baş nazirinin müavini ilə ayrıca görüşlərində Anadolu Universiteti Azərbaycan Proqramları haqqında ona geniş məlumat verərək, son illər əldə olunan uğurlardan və mövcüd problemlərdən bəhs etmişlər. Daha sonra bir qrup Form iştirakçıları və xarici ölkələrin Moldovadakı səfirləri Avrama qəsəbəsində təşkil olunmuş rəsmi ziyafətədə iştirak etmişlər. Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru Azər Hətəmov və ATİB İH sədri Cemal Yangın rəsmi ziyafət zamanı xarici ölkələrin Moldovadakı səfirləri ilə, Gagauz Muxtar Cumhuriyyət başqanı İrina Vlakla, Komrat şəhər meri ilə və digər şəxslərlə görüşərək, təmsil etdikləri qurumlar haqqında onları məlumatlandırmışlar. Sonda xatirə şəkilləri çəkilmişdir.
      Onu da qeyd edək ki, Türkiyənin Baş nazirinin müavinin rəhbərliyi altında 04 Noyabr tarixində T.C. Baş Nazirliyinin xüsusi təyyarəsi ilə Kişniyova gələn Türkiyə nümayəndə heyəti elə həmin gün “Kişniyov Radisson” otelinin Konfrans salonunda T.C. Moldovadakı səfiri Hulusi Kılıçın təşkılatçılığı ilə Moldovadakı Türk iş adamları ilə görüş keçirmişlər. Görüşdə ATİB İH sədri Cemal Yangın və Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov da iştirak etmişlər. Görüşdə Moldova və özəlliklə də Gagauziya bölgəsinin inkişafı üçün görüləcək prespektiv məsələlər müzakirə olunmuşdur.

Rəylər:

No comments available.