Nüfuzlu diplomat Hulusi Kılıçla “Anadolu Üniversitesi Azerbaycan Programları”nda görüş keçirildi.

Tarih: 
18/10/2019 - 14:30

Oktyabrın 18 - də “Anadolu Üniversitesi Azerbaycan Programları”nda  Türk Dünyası Parlamentlər Birliyinin Xarici əlaqələr üzrə Baş koordinatoru, Türkiyənin Azərbaycanda (2008-2012) və Moldovadakı (2016-2018) sabiq səfiri Hulusi Kılıçla görüş keçirildi. Görüşdə ATIB-I.H-nin  sədri Cemal Yangın, ATIB I.H –nin üzvü-“Anadolu Üniversitesi Azerbaycan Programları” Koordinatoru Azər Hətəmov, Moderator.az saytının Baş redaktoru Zülfuqar Hüseynzadə,həmin saytın xüsusi müxbiri Günel Ələsgərova, “Anadolu Üniversitesi Azerbaycan Programları”nın əməkdaşları, Universitetin bir qrup məzunu, tələbələri və Universitetə yeni qəbul olunacaq tələbələr iştirak edirdilər.

   Tədbiri giriş sözü ilə açan Azər Hətəmov öncə Azərbaycanın  Dövlət Müstəqilliyi  Günü münasibəti  ilə hər kəsi təbrik etdi. Sonra Hulusi bəy haqqında məlumatlar verərək diplomatın T.C.-nin Azərbaycandakı səfiri vəzifəsində olduğu dönəmdən və həmin vaxtlarda Anadolu Universiteti Azərbaycan Proqramlarının ərsəyə gəlməsindəki fədakarlıqlarndan, tələbələrə hər zaman göstərdiyi qayğılarından danışdı.Azər Hətəmov qeyd etdi ki Hulusi bəyin Moldovada səfir oldugu dönəmdə də mən iki dəfə Moldovoda rəsmi səfərdə oldum və  səfir Hulusi Kılıçın Moldovada yaşayan Azərbaycan-Türkiyə, eləcə də  qaqauz türklərini bir araya gətirərək onlara dəstək oldugunun şahidi oldum. Həmçinin qeyd etdi ki, məhz iki qardaş ölkə olan Azərbaycan-Türkiyə arasındakı münasibətlərin inkişafına verdiyi töhfəyə görə bir neçə il öncə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ilk olaraq səfir kimi Hulusi Kılıça "Dostluq" ordeni verilib.

    Sonra çıxış edən Hulusi Kılıç bu təhsil layihəsinin həmin dönəmlərdəki çətin şərtlərə baxmayaraq açlması üçün göstərdikləri hərtərfli səylərindən və bu layihənin Türk dünyası üçün önəmindən bəhs etdi. ATIB I.H-nin  sədri Cemal Yangın da bu layihənin icrasına başlandığı illərdəki çətinliklərə baxmayaraq səfirliyin dəstəyi ilə də inkişaf etdirilməsindən və müasir dövrün tələblərinə  cavab verən peşəkar, rəqabətyönümlü  kadr ehtiyatı baxımından əhəmiyyətindən söz açdı. Sonra Universitetin məzunlarından Elmar Hacıyev, Sona Salmanlı, Nuray Ozturk, Röya Rzayeva, Arslan Arzumanlı, Fərqanə Quliyeva çıxış edərək Hulusi bəyə təhsilə vedyiyi önəmə  və  Anadolu Universitetində təhsil aldiqları vaxtlarda onlara  göstərdiyi dəstəklərə görə təşəkkür etdilər. Səmimi şəraitdə keçən görüş sonrası xatirə şəkilləri çəkildi.

 

Rəylər:

No comments available.