Ramazan ayı münasibətilə ATİB tərəfindən “İftar süfrəsi” təşkil edilmişdir
Ramazan ayı münasibətilə bu günlərdə Azərbaycan Türkiyə İş Adamları Birliyi`nin (ATİB) təşəbbüsü və dəstəyi ilə Intouirst Oteldə təşkil edilmiş İftar yeməyində Türkiyənin Azərbaycandaki fövqəladə və səlahiyyətli səfiri Erkan Özaral, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəsi Ufuk Arca Turganer, Türkiyə Səfirliyinin Müşavirləri və digər əməkdaşları , ATIB-ə üzv olan çoxsaylı qurumların rəhbərləri,Azərbaycan Dövlət İqtisat Universitetinin (UNEC) rektoru Ədalət Muradov, Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov, Anadolu Universitetinin bir qrup məzunları,mətbuat nümayəndələri və digər dəvət olunmuş qonaqlar da iştirak etmişdirlər.
ATİB İdarə Heyətinin sədri cənab Cemal Yangın qonaqları salamlayaraq, Ramazan ayı münasibətilə qonaqları təbrik etmiş, tutulan orucların qəbul olunmasını diləmiş, mövzuya aid öz fikirlərini bildirmiş və tərəfindən iftar yeməyində iştirak edənlərə təşəkkür etmişdir.Anadolu Universitetinin Azərbaycan Proqramları koordinatoru Azər Hətəmov Türkiyənin Azərbaycandakı səfiri Erkan Özarala Universitetin bu tədbirdə iştirak edən məzunlarını təqdim etmişdir.Məzunlar cənab səfirə onların ali təhsil almaları üçün Türkiyə dövlətinin onlara yaratdığı bu şəraitə görə öz təşəkkürlərini bildirmişdirlər.
Sonra dualar oxunmuş, qonaqlara milli yeməklər və şirniyyatlar təqdim edilmişdir
#AnadoluUniversiteti
#AzerbaycanProgramları
Rəylər: