Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyinin aparat rəhbəri (Müşteşarı) Maral Barlaşın şərəfinə ziyafət təşkil edilmişdir

Tarih: 
05/12/2016 - 21:30

    Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyinin aparat rəhbəri  (Müşteşarı)   Maral Barlaşın səlahiyyət müddətinin bitməsi və onun Türkiyə Cümhuriyyətinin Argentinadakı Səfiri vəzifəsinə təyin edilməsi münasibətiylə, ATİB İH təşəbbüsü ilə onun şərəfinə ziyafət təşkil edilmişdir. Tədbiri giriş sözü  ilə açan ATİB İH sədri Cemal Yangın hər kəsi salamlayaraq, təşkil olunmuş bu tədbirin məqsədindən bəhs etmiş və Maral Barlaş haqqında öz təəssüratlarını iştirakçılarla bölüşmüşdür. ATİB İH sədri Cemal Yangın daha sonra  sözü Türkiyə Cümhuriyyətinin  Azərbaycandakı  Səfiri cənab Erkan Özorala vermişdir. Səfir  Erkan Özoral  çıxışında Maral xanım  haqqında öz yüksək fikirlərini bildirmişdir.
          Daha sonra Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Təhsil Müşaviri  Abdulkadir  Böyükfirat və Anadolu Universiteti Azərbaycan  Proqramları Koordinatoru Azər Hətəmov Maral xanımın Azərbaycandakı səmərəli fəaliyyəti haqqında öz səmimi fikirlərini bölüşmüşlər, həmçinin ona yeni təyin olunmuş vəzifəsində uğurlar arzu etmişdirlər.
    Onu da qeyd edək ki, Meral Barlaş Türkiyə Cümhuriyyətinin Argentinadakı fövqəladə və səlahiyyətli Səfiri vəzifəsinə təyin edilmişdir.
 

Rəylər:

No comments available.