Türkiyə Cümhuriyyətinin Milli Təhsil Naziri Ziya Selçuk Azərbaycanda
Oktyabrın 11-də Azərbaycan Türkiyə İş adamları Birliyinin (ATIB) İdarə Heyətinin təşəbbüsü ilə Türkiyə Respublikasının Milli Təhsil naziri Ziya Selçukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.
Görüşdə Türkiyə Respublikasının Azərbaycandaki Fövqaladə və Səlahiyyətli səfiri Erkan Özoral, ATİB İH sədri Cemal Yangın,sədr müavini Avni Demirci,İdarə Heyətinin üzvi –Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov,Milli Təhsil naziri Ziya Selçukun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Nazirliyinin Baş İdarə rəisləri,Türkiyənin Azərbaycandaki Təhsil Müşaviri,həmcinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin şöbə müdiri və Azərbaycanın Türkiyədəki Təhsil müşaviri iştirak edirdilər.
ATİB İH sədri Cemal Yangın və İH üzvi Azər Hətəmov ATİB-in müxtəlif təhsil layihələri haqqında məlumat verdilər və bu sırada Anadolu Universitetinin Azərbaycandaki Türkiyə və Azərbaycan vətəndaşlarına məsafədən verilən(“uzaktan eğitim-distant) təhsil sistemindən bəhs etdilər. Həmçinin bildirildi ki,Anadolu Universiteti Rektoru Şafak Ertan Çomaklı və Türkiyənin Azərbaycandaki Səfiri Erkan Özoral tərəfindən Anadolu Universitetinin Azərbaycandaki bu təhsil layihəsinə xüsusi önəm verilir və dəstək göstərilir.
Milli Təhsil Naziri Ziya Selçuk Türkiyənin dövlət Universiteti olan Anadolu Universitetinin qardaş Azərbaycanda yaşayan Türkiyə və Azərbaycan vətəndaşlarına da uzaqdan təhsil verməsini təqdirəlayiq hesab etdiyini bildirdi.
#AnadoluÜniversitesi
#AzerbaycanProgramları
#eğitim#azerbaycan#türkiye#baki#eskişehir
Rəylər: