Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 14-də Dünya Türk Biznes Şurasının (Dünya Türk İş Konseyi - DTİK) Bakı görüşündə iştirak edib.

Tarih: 
16/10/2019 - 10:30

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 14-də Dünya Türk Biznes Şurasının (Dünya Türk İş Konseyi - DTİK) Bakı görüşündə iştirak edib. Öz cıxışında görüş iştirakçılarını salamlayan Türkiyə Prezidenti deyib: “Sizi öz vətənimizdən ayırmadığımız Azərbaycanda salamlayıram. Burada özümüzü qonaq kimi yox, öz evimizdəki kimi hiss edirik. İndi təbii ki, Türk Şurasının Zirvə Görüşündə “Biz altı dövlət, yeganə millətik” deyirik. Azərbaycan kimi Qazaxıstanı, Qırğızıstanı, Özbəkistanı və Türkmənistanı özümüzdən ayrı hiss etmirik”. DTBŞ(DTİK)-in qeyd edilən Bakı görüşü toplantısında Dünya Türk Biznes Şurasının görkəmli nümayəndələri,Türkiyənin türkdilli ölkələrdəki səfirləri, Türkiyənin və Azərbaycanın aidiyyatı nazirləri, millət vəkilləri ilə yanaşı, həmcini Azərbaycan Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sədri və üzvləri, Türkiyənin Anadolu Universiteti və Anadolu Universiteti Azərbaycan Programları nümayəndələri də iştirak edirdilər.
#AnadoluÜniversitesi
#AzerbaycanProgramları

Rəylər:

No comments available.