Türkiyə Respublikasının 11-ci prezidenti Abdullah Gülün şərəfinə rəsmi ziyafət təşkil olunub

Tarih: 
30/04/2015 - 09:45

 
      30 aprel 2015-ci il tarixdə Türkiyənin Azərbaycandakı Səfirliyində keçirilən tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Əli Həsənov, baş nazirin müavini Abid Şərifov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Dini Qurumlarla iş üzrə Dövlət komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin sədrinin müavinləri Ziyafət Əsgərov və Bahar Muradova, Ombudsman Elmira Süleymanova, Şeyxülislam Hacı Allahşükür Paşazadə, deputatlar, KİV rəhbərləri, ziyalılar iştirak ediblər.
      Tədbirdə ATİB İH-nin sədri Cemal Yangın, Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru Azər Hətəmov da iştirak ediblər.
      Tədbirdə çıxış edən Abdullah Gül daha öncəki illərdə Azərbaycanın bölgələrində olduğunu, son günlər isə Bakının bir çox yeri ilə tanış olduğunu deyib. O, Bakının, ümumilikdə Azərbaycanın inkişafının göz önündə olduğunu, bu dəyişikliyə şahidliyini, Azərbaycan prezidenti İlham Əliyevin bu inkişafda, xüsusilə gənclərin təhsilinə önəm verilməsində misilsiz rolu olduğunu qeyd edib.
      Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru Azər Hətəmov Türkiyə Respublikasının 11-ci prezidenti Abdullah Gül ilə görüşmüşdür. Görüş əsnasında Anadolu Universiteti Azərbaycan Proqramları koodinatoru Azər Hətəmov Anadolu Universiteti Azərbaycan Proqramlarındakı mövcud vəziyyət haqqında məlumat verərək, bu proqramların ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə T.C. 11-ci prezidenti Abdullah Gülə öz adından və distant təhsil alan çoxsaylı tələbələr adından təşəkkürünü bildirmişdir.
      Bununla yanaşı,  ATİB İH-nin sədri və Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru tərəfindən tədbirdə iştirak edən Azərbaycan və Türkiyə Respublikalarının rəsmilərinə Anadolu Universitetinin Azərbaycandakı bu layihəsi haqqında məlumat verilmişdir.
 

Rəylər:

No comments available.