Türkiyədə dövlət çevrilişinə cəhdin ildönümü münasibətilə Bakıda “15 iyul dastanı” adlı anım gecəsi keçirilib
Akademik Milli Dram Teatrında 15 iyul 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhdin ildönümünə həsr olunmuş “15 iyul dastanı” adlı anım gecəsi keçirilib.
Tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, millət vəkili, akademik Əhliman Əmiraslanov, millət vəkili Hikmət Babaoğlu, Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov, dövlət nümayəndələri, millət vəkilləri və başqa şəxslər də iştirak edib.
Tədbirdə Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da çıxış edib və Azərbaycanın tarixində oxşar hadisələrin yaşandığını deyib.
''Azərbaycan xalqı bu hadisələrin nə olduğunu yaxşı bilir. Çünki biz özümüz də 1993-cü ildə belə hadisələrin şahidi olmuşuq''. Bu sözləri Prezidentin İctimai siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyədə dövlət çevrilişinə cəhdin ildönümü münasibətilə Bakıda keçirilən "15 iyul dastanı" adlı anım gecəsində səsləndirib.
Əli Həsənov Prezident İlham Əliyevin bu gün türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana göndərdiyi məktubu səsləndirib. Daha sonra çıxışında müstəqil Azərbaycanın tarixində də oxşar hadisələrin yaşandığını, amma hər zaman xalqın dəstəyi ilə hakimiyyətə gələnlərin qalib gəldiyini bildirib.
Əli Həsənov, ötən il 15 iyul tarixində hər bir azərbaycanlı kimi ölkə başçısının da böyük narahatlıq keçirdiyini və qardaş ölkədə baş verənlərə təəssüfləndiyini qeyd edib.
Daha sonra tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral da Azərbaycanın hər zaman bir millət, iki dövlət şüarına sadiq qaldığını və Türkiyənin ən pis günündə belə bu dəstəyi hiss etdiyini bildirib. O çıxışında göstərilən dəstəyə görə Azərbaycan hökümətinə təşəkkür edib və həmin gecənin dəhşətindən bəhs edib.Tədbirin sonunda Türkiyədən dəvət edilən hadisə şahidlərinin çıxışları dinlənlib, hadisələr zamanı qeydə alınmış görüntülər nümayiş etdirilib.
Tədbirdə Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, millət vəkili, akademik Əhliman Əmiraslanov, millət vəkili Hikmət Babaoğlu və digərləri ötən il baş vermiş dövlət çevrilişinə cəhdlə bağlı fikirlərini bölüşüblər.
Rəylər: