Türkiyənin Anadolu Dövlət Universitetində Azərbaycandan distant formada ali təhsil alaraq 2017-ci ildə məzun olmuş bir qrup tələbələrinə diplomları təqdim olunmuşdur.

Tarih: 
28/08/2017 - 12:15

   

 Türkiyənin  Anadolu  Dövlət  Universitetində Azərbaycandan distant formada ali  təhsil alaraq 2017-ci ildə İqtisadiyyat (İktisat),Biznesin təşkili və idarə olunması (İşletme), Satış və Reklam (Pazarlama ve Reklamcılık) bölümləri üzrə  məzun olmuş  bir qrup tələbələri  Sona Həmidova, Teymur Mirzəyev, Gülcamal Məcidli, Günay Əliyeva, Nargilə Kərimli, İlahə Əliyeva , Orxan Cavadov, Nərmin Heydərovaya diplomları təqdim olunmuşdur.Diplomları məzunlarımıza Anadolu Dövlət Universiteti Azərbaycan Proqramları nümayəndəsi Araz Hətəmzadə təqdim etmişdir. Araz Hətəmzadə məzunları təbrik etmiş və onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. Məzunlar Anadolu Universitetinin onlar üçün yaratdığı imkan və fürsətə görə öz təşəkkürlərini bildirmişdirlər. 

      Sonda məzunlar Anadolu Universiteti Azərbaycan Proqramları nümayəndəsi Araz Hətəmzadə ilə xatirə şəkli çəkdirmişlər.

 

 

 

Rəylər:

No comments available.