Türkiyənin Anadolu Dövlət Universitetində Azərbaycandan distant formada ali təhsil alaraq 2017-ci ildə məzun olmuş bir qrup tələbələrinə diplomları təqdim olunmuşdur.

Tarih: 
30/09/2017 - 21:15

Türkiyənin Anadolu Dövlət Universitetində Azərbaycandan distant formada ali təhsil alaraq 2017-ci ildə məzun olmuş bir qrup tələbələrinə diplomları təqdim olunmuşdur.

Türkiyənin  Anadolu  Dövlət  Universitetində Azərbaycanı tərk etmədən, distant formada ali  təhsil alaraq 2016-2017-ci tədris ilinin yekununda İktisat və İşletme fakultələri üzrə məzun olan Hicrət Əliyevə (İktisat bölümü),  Günel Həsənovaya (İşletme bölümü)  və dörd illik bakalavr ixtisasını üç il müddətində bitirən Güllər Qasımovaya (Uluslararası İlişkiler bölümü ) diplomları  təqdim olunmuşdur.

     Diplomları məzunlarımıza Anadolu Dövlət Universitetinin  Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov təqdim etmişdir. Azər Hətəmov məzunları təbrik etmiş və onlara gələcək iş həyatlarında uğurlar arzulamışdır.

     Məzunlar çıxış edərək  Anadolu Universitetinin onlar üçün yaratdığı imkan və fürsətə görə universitetin rəhbərliyinə və bütün kollektivinə öz  təşəkkürlərini bildirmişdir.

     Sonda məzunlar Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov ilə xatirə şəkli çəkdirmişlər.

 

 

Rəylər:

No comments available.