Türkiyənin Anadolu Dövlət Universitetində Azərbaycandan distant formada ali təhsil alaraq 2017-ci ildə məzun olmuş bir qrup tələbələrinə diplomları təqdim olunmuşdur.

Tarih: 
21/10/2017 - 12:00

    21 oktyabr 2017 ci il tarixində Türkiyənin  Anadolu  Dövlət  Universitetində Azərbaycanı tərk etmədən, distant formada ali  təhsil alaraq  2016-2017-ci tədris ilinin yekununda Açıköğretim, İktisat və İşletme fakültələri üzrə məzun olan Ülviyyə Hüseynli ktisat), Sona Salmanlı  (İşletme),  Müjgan  Şirinovaktisat)  , Hənifə Babayevaktisat), Ülviyyə Nəcəfova (Halkla ilişkiler və tanıtım),  Sərxan Ağabalayev (İşletme) və  Kamilə İbrahimovaya (Halkla ilişkiler və tanıtım) diplomları  təqdim olunmuşdur.

     Diplomları məzunlarımıza Anadolu Dövlət Universitetinin  Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov təqdim etmişdir. Azər Hətəmov məzunları təbrik etmiş və onlara gələcək iş həyatlarında uğurlar arzulamışdır.

     Məzunlar adindan Sona Salmanli  çıxış edərək  Anadolu Universitetinin onlar üçün yaratdığı imkan və fürsətə görə universitetin rəhbərliyinə və bütün kollektivinə öz  təşəkkürlərini bildirmişdir.

     Sonda məzunlar Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmovla  xatirə şəkli çəkdirmişlər.

Rəylər:

No comments available.