Türkiyənin Anadolu Dövlət Universitetində Azərbaycandan distant formada ali təhsil alaraq məzun olmuş tələbələrə diplomları təqdim olunmuşdur.
Türkiyənin Anadolu Universitetində Azərbaycandan distant formada İqtisadiyyat(İktisat),Biznesin Təşkili və İdarə olunması (İşletme),ve Beynelxalq münasibətlər ( Halkla İlişkiler) fakultə və bölümlərindən ali təhsil alaraq məzun olmuş Rəhman Səfərov,İbrahim Qəfərov,Lamiyə Yaqublu və Samir Atamova diplomları təqdim olunmuşdur.Diplomları məzunlarımıza Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru Azər Hətəmov və Anadolu Universiteti Mərkəz Büro görevlisi Mehmet Kerem Günlü təqdim etmişdir.Koordinator məzunları təbrik etmiş və onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdırlar.Məzunlar Azərbaycanı tərk etmədən təhsil alma imkanı yaratdıqları üçün Türkiyə dövlətinə,Anadolu Universitetinə və əməyi keçən hər kəsə öz minnətdarlıqlarını bildirdilər.
Sonda məzunlar Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru Azər Hətəmov və Anadolu Universiteti Mərkəz Büro görevlisi Mehmet Kerem Günlü ilə xatirə şəkli çəkdirmişlər.
Rəylər: