Türkiyənin Anadolu Dövlət Universitetindən məzun olmuş və təhsillərində yüksək göstəricilərlə fərqlənmiş bir qrup tələbələrin diplomları təqdim olunmuşdur.

Tarih: 
09/09/2017 - 16:15

Türkiyənin  Anadolu  Dövlət  Universitetində Azərbaycanı tərk etmədən, distant formada ali  təhsil alaraq 2016-2017-ci tədris ilinin yekununda  İktisat və İşletme fakultələri üzrə məzun olan Vüqar Mirzəliyev (İşletme fakultəsi ), Sevinc Rəşidova (İşletme fakultesi) , Ali Kemal Yılmaz (İşletme fakultəsi) , Könül Elmanlı (Pazarlama ve Reklamcılık bölümü ) , Orxan Nəsirli (İktisat fakultəsi) və Elturan Kazımlıya (İktisat fakultəsi ) diplomları  təqdim olunmuşdur.
   Həmçinin təhsillərini yüksək göstəricilərlə fərqlənmə ilə başa vuran  məzunlar  Turan Əbilov , Könül Umudova , Elturan Kazımlı və Vüqar Mirzəliyevə “Onur belgeleri” təqdim olunmuşdur.
    Diplomları məzunlarımıza Anadolu Dövlət Universitetinin  Azərbaycan Proqramları üzrə nümayəndəsi Araz Hətəmzadə təqdim etmişdir. Araz Hətəmzadə məzunları təbrik etmiş və onlara gələcək iş həyatlarında uğurlar arzulamışdır.
    Məzun Vüqar Mirzəliyev çıxış edərək  Anadolu Universitetinin onlar üçün yaratdığı imkan və fürsətə görə universitetin rəhbərliyinə və bütün kollektivinə öz  təşəkkürlərini bildirmişdir. 
      Sonda məzunlar Anadolu Universitetinin Azərbaycan Proqramları  üzrə nümayəndəsi Araz Hətəmzadə ilə xatirə şəkli çəkdirmişlər.
 

Rəylər:

No comments available.