Türkiyənin Təhsil Nazirliyindən gələn nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdə olub
12 iyul 2017-ci ildə Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikasının Təhsil Nazirliyinin Avropa Birliyi və Xarici Əlaqələr Baş İdarəsinin Müdiri Funda Kocabıyıkın rəhbərlik etdiyi nümayəndə heyəti ATİB ofisində qonaq olmuşlar.
Görüşdə ATİB İH-nin sədri Cemal Yangın, Türkiyənin Azərbaycandakı Təhsil Müşaviri Abdulkadir Büyükfırat, Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov, Türkiyə Təhsil Nazirliyinin İdarə rəisləri Mehmet Ali Akdağ və Salim Donat, həmçinin digər rəsmi şəxslər iştirak etmişlər.
Görüş zamanı ATİB İH-nin sədri Cemal Yangın Azərbaycan Türkiyə işadamları birliyinin fəaliyyəti haqqında, eləcə də ATİB-in təhsil sahəsindəki fəaliyyəti haqqında məlumat vermişdir. Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov Anadolu Universitetinin Azərbaycan üzrə təhsil layihəsi haqqında məlumat verərək, bu layihənin gələcək perspektivlərindən bəhs etmişdir. Daha sonra Azərbaycan və Türkiyə təhsil sistemi haqqında və birgə əməkdaşlığa dair məsələlər müzakirə edilmişdir.
Daha sonra görüş başqa panellərdə davam etmişdir.
Rəylər: