T.C. Anadolu Universitetinin rektoru Prof.Dr. Naci Gündoğan, AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərovla görüşmüşdür

Tarih: 
26/04/2016 - 14:30

 
   BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak etmək üçün Bakıda rəsmi səfərdə olan Anadolu Universitetinin rektoru Prof.Dr. Naci Gündoğan, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərovun dəvəti ilə həmin Akademiyada olmuş və Akademiyanın rəhbərliyi ilə görüşmüşdür. Görüş zamanı Türkiyənin və Azərbaycanın hər iki nüfuzlu ali təhsil ocaqları arasındakı Əməkdaşlıq Haqqında mövcud protokola uyğun bir çox məsələlər müzakirə edilmiş, gələcəkdə bu əməkdaşlığın daha da inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılaraq müvafiq razılıq əldə olunmuşdur.
          Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birinci prorektoru – Prof.Dr. Əlikram Abdullayev, Akademiyanın “Elmi-Təşkilat” şöbəsinin müdiri Rəcəb Rəhimli və Anadolu Universiteti Azərbaycan Proqramlarının koordinatoru Azər Hətəmov iştirak etmişdirlər.

Rəylər:

No comments available.