UNEC-də “UNEC və Türkiyə Universitetlərinin əməkdaşlıq istiqamətləri: mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr olunan beynəlxalq konfrans keçirilib.

Tarih: 
15/11/2018 - 11:15

UNEC-in təşkilatçılığı və Türk Dünyası Araşdırmalar Vəqfınin (TDAV) dəstəyi ilə 15 noyabr tarixində keçirilən konfransda universitetin rəhbərliyi və  professor-müəllim heyəti ilə yanaşı, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Türkiyə Cümhuriyyətinin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu, Türk Dünyası Araşdırmalar Vəqfinin rəhbəri Közhan Yazgan, Türkiyə-Azərbaycan Parlamentlərlararası Dostluq Qrupunun rəhbəri, AKP İstanbul millət vəkili Şamil Ayrım, İstanbul Universitetinin rektoru, professor Mahmut Ak, Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru Azər Hətəmov və digər nüfuzlu qonaqlar iştirak ediblər.

Türkiyə türkcəsində tədrisi türkçülüyə verilən önəm və dəyərin ən böyük göstəricilərindən biri adlandıran UNEC-in rektoru, professor Ədalət

Muradov çıxışında Türk dilində tədrisin TDAV-nin mərhum rəhbəri, professor Turan Yazganın təşəbbüsü ilə yaradıldığına diqqət çəkərək, Türk Dünyası İqtisadiyyat Fakültəsinin (TUDİFAK) hədəflərindən bəhs etdi. TUDİFAK-da təhsilin keyfiyyətinin və cəlbediciliyinin artırılması üçün Türkiyə universitetləri ilə ikili diplom proqramlarının reallaşdırılmasının vacibliyini vurğulayan rektor  həmçinin UNEC-in Türkiyənin nüfuzlu universitetləri ilə əməkdaşlıq etməsinin hər iki ölkənin təhsilinin keyfiyyətinin artırılmasında mühüm rol oynayacağını bildirdi.

Konfransda çıxış edərək,Türkiyə-Azərbaycan münasibətlərindən danışan səfir Erkan Özoral Azərbaycanın dünya arenasında öz layiqli yerini

tutduğunu,  hər iki ölkənin qardaşlıq və dostluq münasibətləri ilə yanaşı, bütün sahələrdə uğurlu əməkdaşlıq etdiyini bildirdi. Türkiyədə təhsil alan azərbaycanlıların sayının ildən-ilə artdığına diqqət çəkən E.Özoral, bu istiqamətdə universitetlərin əməkdaşlığının mühüm rol oynadığını vurğuladı.

Dost və qardaş ölkədə olmaqdan məmnunluğunu ifadə edən Mehmet Muharrem Kasapoğlu Türkiyənin bütün sahələrdə Azərbaycanı dəstəklədiyini, hər iki dövlət arasında imzalanan mühüm iqtisadi layihələrdən söz açdı.Türkiyə Parlamentinin millət vəkili Şamil Ayrım çıxışında professor

Turan Yazganın milli-mənəvi dəyərlərə bağlı gənclərin yetişməsində böyük xidmətlər göstərdiyini , məhz belə gənclərin sayəsində Azərbaycanla

bərabər, Türkiyənin də problemi sayılan Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olunacağına əminliyini bildirdi.

İstanbul universitetinin rektoru, professor Mahmud Ak mərhum professor Turan Yazganın həyat və fəaliyyətindən danışdı. Onun Türk dünyasında, o cümlədən Azərbaycanda təhsilin inkişafına böyük önəm verdiyinə diqqət çəkərək, bu siyasətin əsas məqsədinin türk millətini birləşdirmək

olduğunu qeyd etdi.

“UNEC və Türkiyə universitetlərində akademik fəaliyyətin keyfiyyətinin artırılması istiqamətində əməkdaşlıq istiqamətləri” mövzusunda panel

müzakirələrlə davam edən konfransda, Bakı Atatürk liseyinin şagirdlərinin ifasında şeirlər səsləndirilib .

 

     

    Rəylər:

    No comments available.