"Xəzər" Televiziyasının çəkiliş qrupu Türkiyədə, Anadolu Dövlət Universitetində

Tarih: 
22/04/2022 - 18:00

18-22 aprel 2022-ci il tarixlərində Anadolu Universiteti Azərbaycan Proqramları üzrə "Öğrenci işleri" müdiri Araz Hətəmzadə, "Xəzər" Televiziyası "Təhsilə dair" proqramının aparıcısı Vəfa Nadirqızı və "Xəzər"Tv çəkiliş qrupu Türkiyənin Anadolu Dövlət Universitetini ziyarət etdilər.
Ziyarət əsnasında Azərbaycan nümayəndə heyəti həm rektor  Prof.Dr.Fuat Erdal , həm Universitetin prorektorları ,Açıköğretim fakültəsinin dekan və dekan müavinləri ilə görüşmüşdülər."Xəzər" Tv nümayəndə heyəti, Universitetin həm  əyani,həm də distant təhsil(uzaktan eğitim) sistemi ilə, distant təhsil alan tələbələrə tədris prosesinin uzaqdan həyata keçirilməsi mexanizmi ilə yaxından tanış olmuşlar və bunlar baradə Azərbaycan təhsil ictimaiyyətini məlumatlandırmaq məqsədi ilə müvafiq  çəkilişlər aparmışdılar.Azərbaycan nümayəndə heyəti həmçinin universitetdə 2013-cü ildə yaradılmış "Heydər Əliyev Məlumat və Araşdırma Mərkəzi"ni də ziyarət edərək bu mərkəzdə ulu öndərin həyat və müxtəlif dövrlərdəki fəaliyyətini əks etdirən film və eksponatlarla tanış olmuşdurlar.
Olduqca səmimi mühitdə baş tutan bütün  görüşlərin sonunda  xatirə şəkilləri çəkilmişdi.
 
#Anadolu
#AnadoluUniversiteti
#AzərbaycanProqramları
#Universitet
#Təhsil
#Eğitim
#Tehsil
#Distant
#Əyani
#Xəzər
#XəzərTV

Rəylər:

No comments available.