XARİCİ DİPLOMLARIN TANINMASI ÜÇÜN MÜRACİƏT İNDİ DAHA RAHAT

Tarih: 
07/05/2021 - 15:30

Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici diplomların tanınması ilə bağlı elektron ərizə sistemini vətəndaşlar üçün istifadə rahatlığı parametri üzrə daim təkmilləşdirir. Ərizəçilər tərəfindən daxil olan rəylər əsasında sistemdə müxtəlif innovativ həllər, əlavələr və dəyişikliklər edilir.
 
Agentlik bu silsilə addımlar çərçivəsində vətəndaşların indi tanınma üzrə daha da rahat  müraciət edə bilməsi üçün www.taninma.az keçidini istifadəyə verir. Bu keçid vasitəsilə vətəndaşlar birbaşa Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmi internet səhifəsinin tanınma bölməsinə daxil ola, proseslə bağlı ətraflı məlumatları əldə edə, müraciət edə və şəhadətnamələrini yoxlaya bilərlər.
 
#Anadolu #AnadoluUniversiteti #Universitet #Azerbaycan #Azərbaycan #Baki #Bak #Diplom #taninma #tanınma

Rəylər:

No comments available.