Yaxın zamanda kurslar təşkil ediləcəkdir
Apardığımız təhlillər göstərir ki, 1-ci kurs tələbələri qəbul imtahanı öncəsi Türk Dili hazırlıq kurslarında dərslər keçərək, qəbul imtahanlarında onların bir çoxu uğurlu nəticə əldə edirlər. Lakin onlar tələbə statusunu qazanıb təhsil aldıqları müddətdə Anadolu türkcəsində bir çox elmi terminləri lazımi səviyyədə bilmədikləri üçün tədris müddətində digər fənnlər üzrə imtahanlara hazırlaşmaqda müəyyən çətinliklər çəkirlər. Belə ki, bildiyiniz kimi Anadolu türkcəsində Matematik, İktisada giriş, Genel Muhasebe, İşletme ilkeleri ve s. fənnlər üzrə olan terminlər Azərbaycan türkcəsində olan terminlərdən fərqlənir. Buna görə də, bütün fakultə və bölümlər üzrə olan, əsasən 1-ci kurs tələbələri Anadolu türkcəsindəki elmi terminləri daha yaxşı bilmələri üçün, onların Türk Dili kurslarında iştirak etmələri tövsiyyə olunur. Bunu nəzərə alaraq sizlər üçün yaxın zamanda kurslar təşkil edilcəkdir. Paylaşımlarımızı izləyin.
#AnadoluÜniversitesi
#AzerbaycanProgramları
Rəylər: