Oktyabrın 29-da Bakı “Boulvard” oteldə Türkiyə Cümhuriyyətinin 96 illiyinə həsr olunmuş rəsmi təntənəli tədbir keçirildi.

Tarih: 
30/10/2019 - 19:00

Oktyabrın 29-da Bakı “Boulvard” oteldə Türkiyə Cümhuriyyətinin 96 illiyinə həsr olunmuş rəsmi təntənəli tədbir keçirildi.
 
    Azərbaycan və Türkiyə dövlət himnlərinin oxunmasından sonra tədbiri giriş sözü ilə açan Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli  səfiri Erkan Özoral hər kəsi salamlayaraq,Prezident Rəcəb Tayyib Ərdoğanın təbrik məktubunu oxuyub. Məktubda deyilir ki, bir millət və dövlət olaraq türk xalqı son dövrlərdə əhəmiyyətli anlar yaşayır. Türkiyə Cümhuriyyəti terrorla uğurla mübarizə aparır. Türkiyə bu məsuliyyətli işin öhdəsindən gələcək potensiala malikdir. Ölkə 2023-cü ildə hədəfinə çatacaq və bununla da gələcək nəsillərə daha güclü Türkiyə miras qoyacaq.
 
Azərbaycan Respublikası Milli Məclisin Sədri Oqtay Əsədov çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə xalqına səmimi təbriklərini çatdırıb. Bildirib ki, Türkiyə ötən 96 ildə böyük inkişaf yolu keçib. Bu gün Türkiyə dünyada güclü dövlət kimi tanınır. Türkiyə ilə Azərbaycan arasında sıx qardaşlıq əlaqələri mövcuddur.
 
 Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, KİV-in nümayəndələri ilə yanaşı,Azərbaycan Türkiyə  İş  adamlari Birliyinin (ATİB) İdarə Heyətinin (İH) sədri Cemal Yangın, İH-nin üzvü,Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru Azər Hətəmov,Anadolu Universiteti Azərbaycan Proqramları nümayəndəsi Araz Hətəmzadə,IH-nin üzvləri Avni Demirci,Rafiq Qarayev, ATİB -in Baş Katibi Pərvanə Hacıyeva və  ATİB-ə  üzv olan  qurumların rəhbərləri iştirak etmişdirlər.
 
Tədbirdə  ATİB İH-nin sədri  Cemal Yangın və ATİB İH-in üzvü Azər Hətəmov Azərbaycan Dövlət Televiziyasına(Aztv) Cümhuriyyət Bayramı ilə əlaqədar müsahibə vermişdirlər.
 

Rəylər:

No comments available.