Azərbaycan Heyəti Eskişəhərdə Anadolu Universitetinin rektoru Prof.Dr Fuat Erdalı ziyaret etdi.

Tarih: 
13/10/2020 - 12:45

Türkiyə Cumhuriyyətinin Azərbaycan Respublikasındakı və Moldovadakı sabiq səfiri Hulusi Kılıç, Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) İH sədri Cemal Yangın və Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov Anadolu Universitetinin rektoru Prof. Dr. Fuat Erdalı ziyarət etmişdirlər.
Rektorluq binasında keçirilən görüşdə səfir Hulusi Kılıç Prof. Dr. Fuat Erdala xoş diləklərini çatdırmış, ona yeni vəzifəsində və işlərində uğurlar diləmişdir. Öz növbəsində rektor Fuat Erdal Azərbaycanın haqlı mübarizəsində Türkiyənin dövlət və millət olaraq qardaş Azərbaycanın yanında olduğunu bildirmişdir. Rektor Fuat Erdal bildirmişdir ki, bununla yanaşı təhsil sahəsində də Universitet olaraq qardaş Azərbaycan vətəndaşlarımıza həm əyani, həm uzaqdan (məsafədən) keyfiyyətli ali təhsil vermək üçün uzun illərdir xidmət verməkdəyik.

 
Koordinator Azər Hətəmov Rektor Fuat Erdala, Qarabağ məsələsində Azərbaycana nümayiş etdirdikləri mənəvi dəstəyə görə, həmçinin "COVİD-19" pandemiyası ilə əlaqədar Azərbaycandakı tələbələrə "onlayn" imtahanlar təşkil etdiklərinə görə təşəkkür etmişdir.
Azərbaycan ilə tək millət olduğumuzu və mövcud işbirliyimizin daha da inkişaf etdiriləcəyini vurğulayan rektor Fuat Erdal, sabiq səfir Hulusi Kılıça, İdarə Heyəti sədri Cemal Yangına və Koordinator Azər Hətəmova xoş ziyarətləri üçün təşəkkür etmişdir. Qarşılıqlı məlumat mübadiləsi şəraitində keçən görüş, şəkil çəkdirilməsinin ardından Rektor Fuat Erdalın, Hulusi Kılıç, Cemal Yangın və Azər Hətəmovu uğurlaması ilə sona çatdı.
Daha Sonra Açıköğretim Fakültəsi Dekanlığında, Koordinator Azər Hətəmovun və Universitetin prorektorlarının da iştirakı ilə geniş tərkibdə toplantı keçirilmişdir. Toplantıda 2020-2021 tədris ilində uzaqdan təhsil məsələləri və qarşıda duran vəzifələr müzakirə edilmişdir.

#rektor

#gorus

#AzerbaycanProgramları

#AnadoluUniversiteti

#AnadoluÜniversitesi

#AzerbaycanProqramlari

#universitet

#tehsil

#covid19

#azerbaijan

#azərbaycan

#baki

#baku

Rəylər:

No comments available.