Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyinin aparat rəhbəri (Müşteşarı) Maral Barlaşın şərəfinə ziyafət təşkil edilmişdir
Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyinin aparat rəhbəri (Müşteşarı) Maral Barlaşın səlahiyyət müddətinin bitməsi və onun Türkiyə Cümhuriyyətinin Argentinadakı Səfiri vəzifəsinə təyin edilməsi münasibətiylə, ATİB İH təşəbbüsü ilə onun şərəfinə ziyafət təşkil edilmişdir. Tədbiri giriş sözü ilə açan ATİB İH sədri Cemal Yangın hər kəsi salamlayaraq, təşkil olunmuş bu tədbirin məqsədindən bəhs etmiş və Maral Barlaş haqqında öz təəssüratlarını iştirakçılarla bölüşmüşdür. ATİB İH sədri Cemal Yangın daha sonra sözü Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfiri cənab Erkan Özorala vermişdir. Səfir Erkan Özoral çıxışında Maral xanım haqqında öz yüksək fikirlərini bildirmişdir.
Daha sonra Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Təhsil Müşaviri Abdulkadir Böyükfirat və Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov Maral xanımın Azərbaycandakı səmərəli fəaliyyəti haqqında öz səmimi fikirlərini bölüşmüşlər, həmçinin ona yeni təyin olunmuş vəzifəsində uğurlar arzu etmişdirlər.
Onu da qeyd edək ki, Meral Barlaş Türkiyə Cümhuriyyətinin Argentinadakı fövqəladə və səlahiyyətli Səfiri vəzifəsinə təyin edilmişdir.
Rəylər: