Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov Moldovanın yeni seçilmiş prezidenti İqor Dodonu təbrik edib

Tarih: 
29/11/2016 - 11:30

  Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov Moldova Respublikasının yeni seçilmiş prezidentini təbrik edib. Moldovanın yeni seçilmiş prezidenti İqor Dodona ünvanlanmış təbrik məktubunda həmçinin qeyd edilmişdir ki: “… Moldova ilə Azərbaycan, eləcə də Moldova ilə Türkiyə arasında mövcud olan çoxillik, tarixi dostluq münasibətləri sizin  Moldovaya  rəhbərlik edəcəyiniz dönəmdə  bütün sahələrdə olduğu kimi, əminəm ki, təhsil sahəsində də daha da inkişaf edəcəkdir. Türkiyə Cumhuriyyətinin Anadolu Dövlət Universitetini təmsil edərək sizinlə “İkinci Qaqauziya Beynəlxalq İnvestisiya Forumu”  çərçivəsində keçirilən tədbirlərdə tanışlığım şəxsən mənə şərəf verməklə yanaşı, sizinlə söhbətlərimizdə Moldovadakı Qaqauzların problemlərinə diqqət göstərməyinizdən məmnun oldum …”
          Onu da qeyd edək ki, Anadolu Universteti  Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov və ATİB İH sədri Cemal Yangın  Moldovanın yeni seçilmiş prezidenti İqor Dodonla  noyabrın 5-6 tarixlərində  Moldovada “İkinci Qaqauziya Beynəlxalq İnvestisiya Forumu” çərçivəsində keçirilən tədbirlərdə birlikdə  iştirak etmişdirlər.

Rəylər:

No comments available.