Distant Təhsil nədir?

Bildiyiniz kimi, Distant təhsil yeni konsept deyil, bütün dünyada tanınan, illərdir ki, müəyyən inkişaf yolu keçmiş və bu günədək gəlib çıxan bir təhsil formasıdır.
Bəs Distant Təhsil Nədir?
Distant təhsil tələbənin olduğu yerdən kənara getmədən (evdə, iş yerində və yaxud hər hansı təhsil müəssisəsində ) ala bildiyi təhsil növüdür. Belə ki, təhsil almaq istəyən , lakin müəyyən səbəblərdən olduğu məkanı tərk edə bilməyən (şəhərdən uzaqda, bölgələrdə yaşayan, ailə vəziyyəti ilə əlaqədar hər gün dərslərə qatılma imkanı olmayan (xüsusən xanımlar), işləyən və təhsilinə görə  işini itirmək istəməyən) hər bir kəs distant təhsil yolu ilə  xarici universitetlərdə mükəmməl təhsil alıb, tam qanuni diploma sahib ola bilirlər. Məhz distant təhsilin də ən gözəl xüsusiyyətlərindən biri də budur ki, tələbə xaricə getmədən xarici universitetlərin diplomunu əldə etmək imkanına malik olur.

Distant təhsil formasını bir çox hallarda qiyabi təhsillə qarışdırırlar. Əslində qiyabi təhsillə Distant təhsilin oxşar cəhətləri olsa da, amma fərqlidirlər.  Qiyabi təhsildən fərqli olaraq, Distant təhsil internet vasitəsilə keçirilir. Dərslər tələbəyə verilən elektron materiallar, video dərsliklər və s. materiallarla tədris edilir.  Qiyabi təhsil formasında tələbənin ildə iki dəfə olmaqla semestrlərdə iştirak etmə məcburiyyəti varsa, distant (uzaqdan) təhsil formasında belə bir məcburiyyət yoxdur. Tələbə dərslərə onlayn şəkildə evdən qoşula bilir, universitetə getməyinə ehtiyac olmur. 

Distant təhsildə də qiyabi təhsildə olduğu kimi ali (bakalavariat,magistratura və doktorantura) təhsil pillələrində təhsil almaq mümkündür. 

Distant təhsildə tələbə daim diqqət mərkəzində olur. Bu təhsil formasında tələbələrə bərabər fürsət təqdim edilir. Geniş bir kütləyə tədris xidməti göstərilir. Tələbələrə texniki avadanlıqlar ilə işləmək imkanı yaradılır  və yeni onlayn tədris platformaları ilə tanış olmaq,  çalışmaq imkanı yaradılır. Məlumatlara sürətli və asanlıqla çatmaq imkanı yaradılır. Məkandan asılı olmayan tələbələrin internet bağlantısı olan bir yerdə istədikləri keyfiyyətdə təhsil almasına şərait yaradır.Tələbənin internetə çıxışı olduğu halda, onun aktual məsələlərə də çıxışı olur. Tələbənin utancaqlıq və auditoriya qarşısında çıxış etmək qorxusu, tərəddüd , kommunikasiya keyfiyyətləri ilə bağlı psixoloji  problemləri aradan qaldırmağa yardımçı olur.
Məhz bu baxımdan, Distant təhsilin keyfiyyəti heç də əyani təhsildən geri qalmır.

 

 

 

Rəylər:

No comments available.