“AVROPA UNİVERSİTETLƏRİ BİRLİYİ” ANADOLU UNİVERSİTETİNDƏ

Tarih: 
13/10/2015 - 14:15

13.10.2015-ci il tarixində “Avropa Universitetləri Birliyi”nin təşəbbüsü ilə “Eskişehir”də beynəlxalq videokonferans keçirilmişdir. Anadolu Universitetinin,  xüsusi ilə də  ” Açıköğretim” sistemi olan bir universitetin distant formada verdiyi təhsilin dəyərləndirilməsi müzakirə mövzusu olmuşdur. Beynəlxalq videokonferansda iştirak edən ölkələr Almaniya (Köln), Azərbaycan (Bakı), Türkiyə (İstanbul,Eskişehir) Kosova (Priştina), Şimali Kipr (Lefkoşa) olmuşdur. Hər ölkəni Anadolu Universitetini distant formada təhsil alan, yaxşı oxuyanlar arasında seçilən dörd tələbə təmsil edirdi. Beynəlxalq videokonferans “Avropa Universitetləri Birliyi”ni təmsil edən Norveç, Niderland və İrlandiyadan olan səlahiyyətli şəxslərin iştirakı ilə  baş tutub.
      Azərbaycandan iştirak edənlər Həmid Həsənzadə (İşletme), Güllər Qasımova (Uluslararası İlişkiler), Tural Məmmədov (İktisat), Elturan Kazımlı (Konaklama İşletmeciliyi), aldıqları təhsil haqqında öz fikirlərini  söyləmişlər.
      Həmid Həsənzadə öz çıxışında bildirmişdir ki, Anadolu Universitetində distant təhsili seçmə səbəbi, Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində əyani təhsil almaqla yanaşı, paralel şəkildə Anadolu Universitetində isə distant formada “İşletme”(Menecment) ixtisasını  alma imkanı olmasıdır.
      Güllər Qasımovanın çıxışını olduğu kimi təqdim edirik: “Anadolu Universitetini seçmə səbəblərim çoxdur. İlk növbədə, Azərbaycandakı həyat tərzimi dəyişmədən, yəni ölkəmi tərk etmədən dünyanın və Türkiyənin ən nüfuzlu universitetləri  siyahısında yer alan Anadolu Universitetinin tələbəsi olma imkanı yaratması, digəri, oxumaqla yanaşı paralel olaraq işləmək imkanı verməsi olmuşdur. Mən Azərbaycandan distant formada oxuyaraq məzun olduğumda,  Türkiyədə əyani şəkildə oxuyub məzun olan tələbənin aldığımız diplomlarda sadəcə ad və soyad fərqi olacaq. Bu da, Anadolu Universitetinin təhsil alma formasına görə öz tələbələrinə heç bir fərq qoymamasının ən böyük göstəricisidir. Təhsil almaq və  eyni zamanda işləmək ikisi bir arada çox çətindir, amma  Anadolu Universitetinin distant təhsilinin verdiyi imkanlarından faydalanaraq oxuyub, eyni zamanda jurnalist olaraq fəaliyyət göstərirəm. Tələbə olmaq və işləmək ikisi eyni anda çətin görünsədə, fəqət insan çox əmək sərf etdikdə, distant təhsil sayəsində ikisini eyni anda etməyin asan olduğunu görür.  İşdən sonra evdə,AÖF e-öğrenme portali yolu ilə yayınlanan mp3 dinləmələri, video dərsləri, etkileşimli sunumlar, denəmə sınavları və Anadolu Universitetinin Azərbaycandakı tələbələrinə göndərdiyi pulsuz kitablar sayəsində asanlıqla dərs çalışıram. Distant təhsil daha çox inkişaf etmiş ölkələrdə geniş yayılmışdır, və düşünürəm ki, distant təhsil yüksək mədəniyyəti və motivasyonu yüksək olan  insanların seçimi ola bilər, çünki uzaqdan təhsil almaq tələbənin daha çox öz üzərində çalışması, araşdırma yolu  ilə əldə etdiyi nəticəsidir. Anadolu Universitetinin  “Yaşamboyu Eğitim” sloqanına dayanaraq yazdığım məqalədə təhsilin insan həyatında vacibliyindən bəhs etmişdim və   həqiqətən də, təhsil bizi yalnız  məktəb və universitet həyatında deyil, bütün həyatımız boyu əhatə edir. Tələbə olaraq not ortalamam dörd ballıq şkalada “Güz dönemi”ndə 3.50, “Bahar dönemi”ndə 3.27 olmuşdur, dörd illik proqramı üç  ilə bitirməyi hədəfə almışam, çalışacam ki, not ortalamam üçdən aşağı düşməsin. “
      Tural Məmmədov  bildirmişdir : ” Anadolu Universitetinin məhz distant təhsilini ikinci təhsil olaraq seçmişəm, daha öncə Azərbaycanda  Xəzər Universitetini bitirmişəm. Tələbə dostlarımın da dediyi kimi, “e-öğrenme” internet portalındakı yüklənmiş vəsaitlər evdə, işdə, ictimai nəqliyyatda belə dərslərimizə asanlıqla çalışmamıza kömək edir.”
       Elturan Kazımlı öz çıxışını ingilis dilində edərək, Anadolu Universitetinin verdiyi distant təhsildən razı qaldığını və yaxşı oxuyaraq “Güz Dönemi”ndə 3.68, “Bahar Dönemi”ndə isə, 3.55 GNO alaraq yüksək nəticələr əldə etdiyini bildirmişdir. 
       Digər ölkələri təmsil edən tələbələr də, beynəlxalq videokonferansda müxtəlif fikirlərini bölüşmüşlər, aldıqları yüksək təhsildən razı qaldıqlarını, Anadolu Universitetinin həyatlarında yaxşı istiqamətdə dəyişiklik etdiyini vurğulamışlar. Canlı bağlantı vasitəsi ilə tələbələrə “Avropa Universitetləri Birliyi” üzvləri tərəfindən suallar verilərək müzakirələr aparılmış, təkliflər dəyərləndirilmişdir.
 

Rəylər:

No comments available.