BDU-da “Çanakkale: Barışa uzanan Yol” adlı konfrans keçirilmişdir.

Tarih: 
23/05/2015 - 13:30

 
      Bakı Dövlət Universitetində (BDU) Türkiyə, Böyük Britaniya və Avstraliyanın Azərbaycandakı səfirliklərinin universitetlə birgə təşkil etdiyi “Çanakkale: Barışa uzanan Yol” adlı konfrans başlayıb.
      Tədbirdə T.C-nin Azərbaycandakı səfiri Alper Coşkun, BDU Rektoru Akademik Abel Məhərrəmov, İngiltərənin Azərbaycandakı səfiri İrfan Sıddık, Avstraliyanın Azərbaycana akreditə olunmuş səfiri James Larsen və “Çanankkale 18 Mart” Universitetinin qurucusu və rektoru Prof. Dr. Mete Tunçoku, Azərbaycan Ağsaggallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov və digər millət vəkilləri, BDU-nin professor-müəllim heyəti, Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru Azər Hətəmov və BDU-nin bir qrup tələbələri, KİV nümayəndələri iştirak etmişdir. Rektor, akademik Abel Məhərrəmov Çanaqqala qələbəsinin 100-cü ildönümünə dair ali məktəbdə keçirilməsinin əhəmiyyətini qeyd edib. Rektor Mustafa Kamal Atatürkün və silahdaşlarının apardıqları mübarizədən bəhs edərək Osmanlı İmperatorluğunun dağıntılarının yerində çağdaş bir dövlət yaradılmasının önəmini xüsusi vurğulayıb.
      Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqun Çanaqqalada Avropa dövlətlərinə qarşı aparılan qəhrəmanlıq mübarizəsindən, bu qələbənin əhəmiyyətindən danışıb. Daha sonra Böyük Britaniyanın və Avstraliyanın ölkəmizdəki səfirləri İrfan Sıddık və James Larsenin çıxışları dinlənilib. Türkiyənin Çanaqqala 18 mart Universitetinin təsisçi-rektoru, professor Ahmet Mete Tuncoku Çanaqqala zəfərinin tarixi haqqında məruzə nitqi ilə çıxış edib.
 

Rəylər:

No comments available.