31 Mart Soyqrımı – Türkün Qan Yaddaşıdır
Tədbir iştirakçıları əvvəlcə Şəhidlər Xiyabanı və Türk Şəhidliyini ziyarət edib əklillər qoyaraq, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən oğullarının xatirəsini yad ediblər.
Tədbir TUMİB və T.C. Anadolu Universitetinin təşkilatçılığı ilə “31 Mart Soyqrımı Türkün Qan Yaddaşıdır” adlı dəyirmi masa ilə davam etdirilib. Tədbirdə T.C. Anadolu Universitetində distant formada təhsil alan bir qrup tələbə, KİV nümayəndələri (AzərTac, İctimai TV və s.) və digər qonaqlar iştirak ediblər.
Dəyirmi masada TUMİB sədri Çingiz Bayramov 1918-1920-ci illərdə ermənilərin xalqımıza qarşı törətdikləri qanlı cinayətlərdən danışıb. Qeyd olunub ki, qəsbkar düşmən zaman-zaman dəhşətli faciələr törədib, günahsız qanlar axıdılıb və hesab edirik ki, 31 Mart qurbanlarının xatirəsinə də layiqli abidə qoyulmalıdır. Bu həm gənc nəsilimiz üçün, həm də xaricdən gələn qonaqlarımız üçün olduqca vacibdir. Bununla əlaqədar ölkə başçısına və digər aidiyyatı qurumlara müraciət etməyi düşünürəm.
Sonra Anadolu Universiteti Azərbaycan Proqramlarının koordinatoru Azər Hətəmov çıxış edərək,tarixmizin incə nüanslarina toxundu və gənclərin, eləcədə Anadolu Universiteti tələbələrini tarixmizi daha dərindən öyrənmələrinin vacibliyini vurğuladı. O, qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev tərəfindən 26 mart 1998-ci il tarixli 31 Mart Azərbaycanlıların soyqırımı günü elan edilməsi haqqında Fərman imzalanıb. Həmin tarixlə Azərbaycanda ilk dəfə olaraq bu soyqırıma siyasi və hüquqi qiymət verilib. O, çıxışına davam edərək bildirib ki, 1918-ci ilin 28 mart 4 aprel tarixlərində erməni daşnak dəstələri Bakıda, Şamaxıda, Qubada və Qarabağda azərbaycanlıların kütləvi soyqırımını təşkil ediblər.
Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Səbayıl rayon təşkilatının rəhbəri İlham Əliyev mövzuya davam etdi,çıxışında bildirdi ki, gənclərimizdə milli mübarizə və hərbi rəşadət amalı olmalıdır.
TUMİB Elmi Araşdırmalar və Tədqiqatlar Mərkəzinin rəhbəri, Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi Əli Fərhadov isə ta orta əsrlərdən etibarən ermənilərin Türk millətinə qarşı yürütdütyü fiziki və mədəni assimilyasiya siyasətini, 20-ci əsrin əvvəllərində Çar Rusiyansının dəstyi ilə ermeni quldurlarının etdiyi soyqırımları və Qafqaz İslam Ordusunun Azərbaycana qardaşlıq yardımını məruzəsində bildirdi.
TUMİB-in idarə heyətinin üzvü Seymur Verdizadə isə öz çıxışında Azərbaycan xalqının tolerantlığından, humanizmindən ermənilərin daim sui-istifadə edərək xalqımıza hər zaman arxadan zərbə vurduğunu bildirdi.
Anadolu Universiteti Azərbaycan Proqramları Beynəlxalq Münasibətlər bölümünün tələbəsi, eyni zamanda TUMİB-in Gənclər Mərkəzinin üzvü Güllər Qasımova məsələ ilə bağli fikrini bildirdi və gəncləri Azərbaycan xalqının azadlığı uğrunda daim mübariz olmağa səslədi.
TUMİB-in Gənclər Mərkəzinin üzvü, Anadolu Universiteti Azərbaycan Proqramları tələbəsi Aysel Əlimirzəyeva Azərbaycan gəncliyinin tariximiz haqqında məlumatlı olmasında ziyalıların və valideynlərimizin rolu olduğunu vurğuladı. Çıxış edənlərdən TUMİB Gənclər Mərkəzinin sədr müavini Şahbaz Alızadə Azərbaycan və Türkiyə gənclərini milli məsələlərdə sosial şəbəkələrdə aktiv olmağa dəvət etdi.
Dəyirmi masada çıxış edənlər mənfur Ermənistan hakimiyyətinin bu gün də qəsbkarlıq siyasəti apardığını və bu barədə dünya ictimaiyyətinə daha ətraflı və dolğun informasiyalar, məlumatlar çatdırılmağını vacibliyini vurğuladılar.
Tədbirin sonunda 31 Mart Soyqrımı ilə bağlı TUMİB-in Bəyanatı oxundu.
Rəylər: