Türkiyənin sabiq və yeni təhsil müşavirlərinin şərəfinə mərasim keçirilib

Tarih: 
24/10/2014 - 16:30

 
  24 oktyabr 2014-cü il tarixində ATİB-in dəstəyi ilə Türkiyənin Azərbaycandakı sabiq təhsil müşaviri cənab Durmuş Gökmenin və yeni təyin olunmuş təhsil müşaviri cənab Abdulgafur Büyükfıratın şərəfinə mərasim keçirilmişdir. Mərasimə Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları və Azərbaycandakı bir çox qurumların rəhbərləri qatılmışlar.
       Mərasimdə açılış nitqi söyləyən ATİB İdarə Heyətinin sədri Cemal Yangın Azərbaycanda Türkiyə təhsilinə olan böyük maraqdan, iş adamlarının da bu sahəyə dəstək verməsinin zəruriliyindən bəhs etmişdir.
       Anadolu Universiteti “Azərbaycan Proqramları” koordinatoru cənab Azər Hətəmov öz çıxışında Durmuş Gökmene fəaliyyəti dövründə Azərbaycanla Türkiyə arasında təhsil sahəsində mövcud əlaqələrin daha da inkişaf etdirilməsinə, həmçinin Anadolu Universiteti “Azərbaycan Proqramları” na göstərdiyi dəstəyə görə təşəkkürünü bildirmiş, yeni təyin olunan təhsil müşaviri cənab Abdulqafur Büyükfıratı isə təbrik edərək, ona fəaliyyətində uğurlar arzulamışdır.

Rəylər:

No comments available.