Anadolu Universiteti Azərbaycan Proqramları tələbəsi Turan Şərifovla müsahibə

Tarih: 
07/09/2015

ANADOLU  UNİVERSİTETİ  “AZƏRBAYCAN PROQRAMLARI “ NDA  TƏHSİL  ALAN  “YÜKSEK ONUR BELGESİ”  VƏ  “ONUR  BELGESİ” ALAN TƏLƏBƏLƏR  İLƏ SİLSİLƏ MÜSAHİBƏLƏRƏ DAVAM EDİR VƏ NÖVBƏTİ MÜSAHİBİMİZ TURAN ŞƏRİFOVLA  MÜSAHİBƏMİZİ  TƏQDİM EDİRİK:
 
·         Qısa olaraq sizi tanıya bilərikmi? Hansı bölümdə oxuyursunuz, məhz
   bu sahəni   seçmə səbəbiniz nədir?
·         Turan Şərifov, 24 fevral 1995-ci ildə Zaqatala rayonunda anadan  olmuşam. Anadolu Universitetinin “Açıköğretim Fakültesinin Konaklama İşletmeciliği” bölümünün dördüncü   kurs tələbəsiyəm. Bu ixtisası seçmə səbəbim turizmə olan böyük həvəsimdən irəli gəldi.
·         “Yüksək Onur Belgesi” alan tələbələrdənsiniz, buna görə sizi təbrik edirik. Bəs bu uğuru necə əldə etdiniz?
·         “Yüksək Onur Belgesi”i almaq mənim üçün çətin olmadı, çünki hər gün planlı şəkildə 3-4 saat dərs çalışırdım və imtahana az müddət qaldıqda dostlarıma az vaxt ayırıb daha uzun müddət dərslərimi oxuyurdum.
·         Bu uğuru qazanmağınızda universitetinizin və ailənizin sizə nə kimi faydaları  oldu?
·         Universitetimizin bizi təmin etdikləri kitablarda hər şey çox gözəl izah olunub, hətta müəllimin izahı olmasa belə oxuyub anlamaq   mümkündür. Ailəm isə mənə hər zaman dəstək olub.
·         İmtahanın təşkili ilə bağlı nə deyə bilərsiniz? Sizin olduğunuz mərkəzdə imtahan aparılmasından  razı qaldınızmı?
·         Bəli, imtahanlar çox şəffaf şəkildə aparılır və imtahan vaxtı önəmli olan səssizliyə nəzarət çox yüksək səviyyədə təmin olunur.
·         Qarşıda sizi növbəti ilin imtahanları gözləyir. Həmin imtahanlarda necə, yüksək nəticə əldə edəcəyinizə inanırsınızmı?
·         Anadolu Universitetinin Azərbaycan Proqramlarında yüksək nəticə göstərmək üçün sadəcə bir yol var, bu da  yalnız oxumaqdır. İmtahandan qorxmaq lazım deyil , imtahanlarda rahat və həyəcansız iştirak etmək lazımdır.
·         Biz müasir gənclər kitab oxumaq mövzusunda çox zəifik. Hər birimiz  gənc olaraq bu zəifliyimizi aradan qaldırmalıyıq. Sizcə kitab oxumağı sevmək və sevdirmək üçün ilk addım nədir?
·         İndi bizim elə yaşımızdır ki , beynimizin ən inkişaf edən vaxtıdır, ona görə də nə qədər çox kitab oxusaq, o qədər də dünyagörüşümüzə yaxşı təsir göstərəcək. Mən əsasən ingilis  dilində olan kitabları oxuyuram.
·         Sonda tələbə yoldaşlarınıza nə demək istərdiniz?
·         Tələbə yoldaşlarıma demək istəyirəm ki, imtahanlardan uğurla keçib, “Yüksek Onur Belgesi” almaq o qədər də çətin deyil. Hər kəs gün ərzində 3-4 saat dərslik kitablarını oxusa imtahanlarda yüksək nəticə əldə etmək mümkündür.
·         Təşəkkür edirik sizə, uğurlarınız davamlı olsun!
·         Müsahibə alan: Gülər Qasımlı