Paytaxt məktəblərində “Son zəng”

Tarih: 
14/06/2017 - 16:45

     Bu gün paytaxtın ümumi təhsil məktəblərində XI sinfi bitirən şagirdlər üçün “Son zəng” çalınıb. Azərbaycan Respublikası təhsil nazirinin əmrinə əsasən, ümumi təhsil məktəblərində “Son zəng" tədbirləri mütəşəkkil şəkildə keçirilib.
     Tədbirlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin struktur bölmə rəhbərləri, yerli icra hakimiyyəti orqanlarının, məktəb icmalarının və ictimaiyyətin nümayəndələri, eləcə də sabiq məzunlar iştirak edib. Tədbirlərdə məktəb məzunları və birincilərin iştirakı ilə mahnılar və rəqslərdən ibarət konsert proqramı nümayiş etdirilib, maraqlı səhnəciklər göstərilib.
     Məktəb həyatına əlvida deyən məzunlar birincilərə hədiyyələr təqdim ediblər.
     Dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər Fəxri fərman və medallarla təltif olunublar.
     Qeyd edək ki, 2016-2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərin buraxılış (XI, XII) siniflərini 20 124 şagird bitirib. Ümumi təhsil məktəblərini IX sinif üzrə 27 708, XI sinif üzrə 19 525, I sinif üzrə 45 321, XII sinif üzrə (əyani-qiyabi tam orta məktəb və qiyabi siniflərdə) 599 nəfər şagird başa vurub.