21 sentyabr Sülh günü

Tarih: 
21/09/2017 - 16:00

21 sentyabr-Beynəlxalq Sülh Günüdür. 1981-ci ildə BMT Baş Assambleyası Beynəlxalq Sülh gününü-qlobal atəşkəs bir gün kimi təsis edib. Bununla da BMT bütün xalqları həmin gün atəşkəsə əməl etməyə çağırıb. 2002-ci ildə BMT Baş Assambleyası sentyabrın 21-ni Beynəlxalq Sülh-yəni atəşkəs günü elan edib. Əbədi mövzu olan Sülh mövzusu bu gün torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb edir. Təəssüf ki, ən sülhsevər xalqlardan biri olan, dünyanın ən tolerant ölkəsinin vətəndaşları Ermənistanın ölkəmizə təcavüzü nəticəsində öz Vətənlərində didərgin düşüblər.Bu illərdə Azərbaycan həmişə münaqişənin sülh yolu ilə aradan qaldırılması istiqamətində mühüm addımlar atıb. Görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdandan sonra hər şeydən əvvəl böyük müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısını aldı, 1994-cü ilin mayında atəşkəs haqqında müqavilə imzaladı, müharibəni dayandırdı, ölkədə sabitliyə nail oldu. Bu, həm də dövlətimizin sülh arzusunun ifadəsi idi. Bu gün qüdrətli və güclü Orduya malik Azərbaycan və onun Prezidenti, Ali Baş Komandan İlham Əliyev də xalqın sülh arzusunu ifadə edərək, münaqişənin sülh yolu ilə, qan tökülmədən, beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində mühüm işlər görür.

#AnadoluÜniversitesi
#AzerbaycanProgramları
#SülhGünü

 

Rəylər:

No comments available.