Türkiyənin Anadolu Dövlət Universitetində Azərbaycandan distant formada ali təhsil alaraq 2017-ci ildə məzun olmuş bir qrup tələbələrinə diplomları təqdim olunmuşdur.
21 oktyabr 2017 ci il tarixində Türkiyənin Anadolu Dövlət Universitetində Azərbaycanı tərk etmədən, distant formada ali təhsil alaraq 2016-2017-ci tədris ilinin yekununda Açıköğretim, İktisat və İşletme fakültələri üzrə məzun olan Ülviyyə Hüseynli (İktisat), Sona Salmanlı (İşletme), Müjgan Şirinova (İktisat) , Hənifə Babayeva (İktisat), Ülviyyə Nəcəfova (Halkla ilişkiler və tanıtım), Sərxan Ağabalayev (İşletme) və Kamilə İbrahimovaya (Halkla ilişkiler və tanıtım) diplomları təqdim olunmuşdur.
Diplomları məzunlarımıza Anadolu Dövlət Universitetinin Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov təqdim etmişdir. Azər Hətəmov məzunları təbrik etmiş və onlara gələcək iş həyatlarında uğurlar arzulamışdır.
Məzunlar adindan Sona Salmanli çıxış edərək Anadolu Universitetinin onlar üçün yaratdığı imkan və fürsətə görə universitetin rəhbərliyinə və bütün kollektivinə öz təşəkkürlərini bildirmişdir.
Sonda məzunlar Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmovla xatirə şəkli çəkdirmişlər.
Rəylər: