Yeni tədris ilində orta məktəblərdə keçiriləcək ilk dərslərin mövzuları açıqlanıb

Tarih: 
19/10/2018 - 12:45

2018-2019-cu tədris ilində orta məktəblərdə keçiriləcək ilk dərslərin mövzuları açıqlanıb. İbtidai siniflərdə ilk dərs məşğələsi “Vətənim Azərbaycan” mövzusunda olacaq. V-VI siniflərdə ilk dərs “Dövlət rəmzləri – müstəqilliyimizin simvolu”, X-XI siniflərdə isə “Azərbaycan Xalq Cümhuriyyəti – dövlətçiliyimizin bayraqdarı” mövzularına həsr ediləcək. Ümumtəhsil məktəbləri müvafiq mövzular üzrə ilk dərs məşğələsinin səmərəli və yaddaqalan olması üçün zəruri təşkilati işlər həyata keçirir.

AZƏRTAC xəbər verir ki, dərslərdə aidiyyəti təşkilatların nümayəndələrinin, müharibə və əmək veteranlarının, məktəbin sabiq məzunlarının iştirakı nəzərdə tutulur. Bundan başqa bütün ümumtəhsil müəssisələrində hər iş həftəsinə müəllim və şagirdlər tərəfindən Azərbaycanın dövlət himninin ifası ilə başlanması vətənpərvərlik nümunəsi kimi ümumi norma olaraq qəbul edilir.

 

Mənbə : https://azertag.az/xeber/Yeni_tedris_ilinde_orta_mekteblerde_kechirilece...