“Təhsil avtobusu – 2018”
“Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində iyulun 17-də “Təhsil avtobusu – 2018” yay məktəbinə başlanılacaq.
Təhsil Nazirliyindən bildiriblər ki, “Təhsil avtobusu” Bakıdan yola düşərək Quba-Masallı-Şəmkir-Şəki-Qəbələ-Bakı marşrutu üzrə səyahət edəcək. Yay məktəbinin məqsədi bölgələrdə şagirdlərin şəxsi inkişafına stimul vermək, onların dünyagörüşünün formalaşmasına təsir etmək, dərsə marağının artırılmasına şərait yaratmaqdır.
Yay məktəbi çərçivəsində iyulun 23-dək ölkəmizin beş bölgəsində akademik göstəriciləri zəif və orta olan 7, 8 və 9-cu sinif şagirdləri təlimçi, eləcə də ekspertlər tərəfindən keçiriləcək fərdi-inkişaf təlimləri və intellektual yarışlarda iştirak edəcəklər.
“Təhsil avtobusu” yay məktəbi “Azərbaycan üçün öyrət” proqramının ölkəmizin müxtəlif şəhər və rayonlarını əhatə edən təhsil marafonudur. Ümumilikdə “Təhsil avtobusu” yay məktəbi çərçivəsində 16 gün ərzində 4 min kilometr yol qət edilib. Yay məktəbinə Bakı, Lənkəran, Quba, Gəncə, Şəki, Masallı, Cəlilabad, Sabirabad, Mingəçevir, İsmayıllı və Zaqatalanın 12 şəhər və 13 kənd-qəsəbə məktəbinin, 22 ali və orta ixtisas təhsili müəssisəsinin 400-dən çox şagird və tələbəsi cəlb edilib.