Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 12-ci nömrəsini çap etmişdir
Jurnalda ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə, rezidenturaya, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının, ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən təhsilin həm ümumilikdə ölkə üzrə, həm də ayrı-ayrı bölgələr və məktəblər üzrə göstəriciləri, bunların əsas parametrləri əhatəli şəkildə araşdırılmış, təklif və tövsiyələr irəli sürülmüşdür.İmtahanların nəticələri əsasında təhlillər aparılmış, müvafiq materiallar hazırlanaraq jurnalın elektron versiyasına daxil edilmişdir.Aşağıdakılar isə «Abituriyent» jurnalının 12-ci nömrəsinə əlavə kimi ayrıca kitabça şəkilində nəşr edilmişdir:
– Ayrı-ayrı rayonların 2017-ci il məzunlarının qəbul imtahanlarındakı nəticələrinə dair statistik məlumatlar;
Qəbul və buraxılış imtahanlarının nəticələrinin gender aspektləri;
– Kənd təsərrüfatı profilli ixtisaslar statistikada;
– Neft-qaz profilli ixtisaslar statistikada.
Jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:
Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1m.
Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28.
Jurnalın elektron versiyasını isə (pdf formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).
Mənbə: http://www.tqdk.gov.az/news/1603/