Yeni tədris ilində pedaqoji mühazirələr ümumi təhsilin aktual problemlərinə həsr olunacaq

Tarih: 
19/10/2018 - 12:45

Təhsil naziri Ceyhun Bayramov ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə əmr imzalayıb.

Məqsəd növbəti dərs ilində ümumi təhsil sistemində keyfiyyət göstəricilərini davamlı surətdə yaxşılaşdırmaq, təhsilalanların milli ideologiyamız olan azərbaycançılıq məfkurəsi əsasında tərbiyə edilməsi istiqamətində çevik fəaliyyət mexanizmi yaratmaqdır.

AZƏRTAC xəbər verir ki, əmrdə yeni tədris ilində orta məktəblərdə keçiriləcək ilk dərslərin, pedaqoji mühazirələrin mövzuları açıqlanıb, ümumi təhsil üzrə prioritet fəaliyyət istiqamətləri nümunəvi olaraq bir sıra müddəalarla müəyyənləşdirilib.

Əmrə əsasən 2018-2019-cu dərs ilində pedaqoji mühazirələr “Müasir dövrdə ümumi təhsilin aktual problemləri” mövzusuna həsr olunacaq.

Mənbə : https://azertag.az/xeber/Yeni_tedris_ilinde_pedaqoji_muhazireler_umumi_t...