Dünyanın ən qabaqcıl Universitetlərindən olan Anadolu Dövlət Universitetində təhsil aldığım üçün qürur hissi keçirirəm

Tarih: 
15/04/2021

Mən Səma Lətifova
Anadolu Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” (“Uluslararası İlişkiler) ixtisası üzrə birinci kurs tələbəsiyəm.
Hər bir insanın qarşısına qoyduğu bir məqsədi var və bu məqsədə çatmaq üçün ali təhsil almaq çox vacibdir. Mən də məqsədlərimə çatmaq üçün Anadolu Universitetində təhsil almağı seçdim. Dünyanın ən qabaqcıl universitetlərindən olan Anadolu Dövlət Universitetində təhsil aldığım üçün qürur hissi keçirirəm.
İndi dünyada və ölkəmizdə distant təhsil daha çox inkişaf etməkdədir. Yaşadığımız yeri tərk etmədən təhsil ala bilmək sözün əsl mənasında əla fürsətdir.
Üstəlik distant təhsil sahəsində 39 ildən çox təcrübəyə malik Anadolu Universiteti öz tələbələrinə keyfiyyətli ali təhsil almaları üçün hər bir şərait yaradır, istər dərslik kitabları, istərsə də Anadolum “e-kampüs” sistemində, dərsliklərin pdf kitab versiyası, “ünite özeti”, “çıkmış sınav soruları”, “sorularla öğrenelim”, “çözümlü sorular”, “sesli kitap” və.s vəsaitlər tələbələrə böyük dəstək olur. Bu da tələbənin imtahana rahatlıqla hazırlaşmasında və uğurlu nəticə əldə etməsində böyük rol oynayır.
Biz tələbələrə yaratdığı şəraitə görə, Anadolu Universiteti rəhbərliyinə təşəkkürümü bildirirəm.
 
#universitet #tehsil #alitehsil #xaricdetehsil #xaricdətəhsil #anadoluaz #evdeqal #evdəqal #covid19 #karantin #azerbaijan #azerbaycan #azərbaycan #baku #baki #azerbaycan#anadoluuniversitesi #təhsil #bakalavr #turkiyedetehsil #onlinetehsil #onlinetəhsil #educational