İnanıram ki, aldığım təhsilin mənim indiki və gələcək həyatıma böyük qatqısı olacaq

Tarih: 
28/01/2021

Mən Abdullayeva Aysu,
Anadolu Universitetində Beynəlxalq  Münasibətlər (Uluslararası İlişkiler ) ixtisası üzrə təhsil alıram.
Burada oxuduğum üçün həm özümü şanslı hesab edirəm, həm də qürur duyuram, çünki tələbəsi olduğum Universitet distant təhsil alan tələbə sayına görə dünyanın ən prestijli  universitetlərindən biridir. 
Distant təhsil biz tələbələr üçün zamana qənaət etməyimizə , özünütəhsil ala bilmək qabiliyyətini aşılamaq və digər işlərimizin asanlaşmasına yardım edir.
Seçdiyim ixtisas üzrə təhsil almaq biz tələbələrə regional və qlobal səviyyədə siyasi, tarixi, ictimai və iqtisadi inkişafı  analiz  edərək dəyərləndirməyi, dövlətlərin və beynəlxalq təşkilatların bir-biri ilə  olan əlaqələrini anlamağı və nəticə çıxarmağı, həmçinin beynəlxalq əməkdaşlıq və beynəlxalq probemlərin həlli mexanizmlərini və metodlarını öyrədir.
Burada aldığım təhsilin mənim indiki və gələcək həyatıma böyük qatqısı olacağına  inanıram. 
Verilən keyfiyyətli təhsilə və biz tələbələrə göstərilən qayğıya görə universitet rəhbərliyinə dərin təşəkkürümü bildirirəm
 
#universitet #tehsil #alitehsil #xaricdetehsil #xaricdətəhsil #anadoluaz #evdeqal #evdəqal #covid19 #karantin #azerbaijan #azerbaycan #azərbaycan #baku #baki#baku#azerbaycan#anadoluuniversitesi #təhsil  #bakalavr #turkiyedetehsil#onlinetehsil #onlinetəhsil #educational