Anadolu Dövlət Universitetində təhsil almaq mənim üçün həm qürur ,həm də böyük şansdır

Tarih: 
09/07/2022

Mən Fidan Əsədova,
Anadolu Universitetində Biznesin təşkili və idarə edilməsi (İşletme) ixtisası üzrə təhsil alıram.
Hər bir insanın həyatında bir dönüş nöqtəsi olur, hansı ki yeni şeylər öyrəndiyi, yeni insanlarla tanış olduğu, həyatı anlamağa başladığı bir dönüş nöqtəsi. Anadolu Universiteti də mənim həyatım üçün bir dönüş nöqtəsi sayıla bilər. Çünki, bu Universitet mənə seçdiyim ixtisas üzrə ixtisaslaşmağımda yön verən keyfiyyətli təhsillə yanaşı, səmimi, sevgi dolu bir ailə qazandırdı.
Dünyanın ən qabaqcıl universitetlərindən olan Anadolu Dövlət Universitetində təhsil aldığım üçün həm qürur hissi keçirirəm, həm də bu ailənin üzvi olduğum üçün özümü şanslı sayıram. 
Seçdiyim təhsil forması zamanıma qənaət etməyimə , vaxtımı düzgün bölməyimə və digər işlərimin asanlaşmasına yardım edir. Üstəlik Universitetin rəsmi tələbə portalında dərs materiallarının zənginliyi, bundan əlavə Eskişeherden Universitetin müəllimlərinin "Zoom" proqramı vasitəsilə verdiyi əlavə onlayn dərslər rahatlıqla dərslərimə hazırlaşmağa və semestr imtahanlarından yüksək nəticələr əldə etməyimə yardımçı olur. 
Bizə zamanımızı düzgün dəyərləndirməyi öyrədən bu təhsili Azərbaycana gətirən Universitetimə və tələbələrlə Universitet arasında bir körpü quran Anadolu Universiteti Azərbaycan Proqramları rəhbərliyinə bizlər üçün yaratdığı şəraitə və fürsətlərə görə sonsuz minnətdarlığımı bildirirəm.
 
#baku
#azerbaycan
#telebe
#mezun
#universitet
#turkiye
#anadoluuniversiteti
#azerbaycanproqramlari
#egitim
#xaricdetehsil
#xaricdətəhsil
#turkiyedetehsil
#türkiyədətəhsil
#mesafelitehsil
#məsafəlitəhsil
#attestatlatehsil
#attestatlatəhsil
#qebuldavamedir
#qəbuldavamedir
#attestatlaqeydiyyat
#attestatlaqebul #attestatlaqəbul #tələbə