Anadolu Universiteti Azərbaycan Proqramları tələbəsi Mətin Məmmədovla müsahibə
Bu ildən etibarən Anadolu Universiteti “ Azərbaycan Proqramları”nda təhsil alan “Yüksek Onur Belgesi” və “Onur Belgesi” alaraq imtahanlarda yüksək nəticə göstərən tələbələrlə müsahibə almağa və bunu böyük zövqlə yayınlamağa davam edəcəyik. Əziz oxucular indi sizə Anadolu Universiteti “ Azərbaycan Proqramları”nda təhsil alan İqtisad fakültəsinin ikinci kurs tələbəsi Mətin Məmmədovun müsahibəsini təqdim edirik:
– Salam Mətin, uğurlarına görə səni təbrik edirik, bizə qısaca özünü tanıdardın.
– Mən, Mətin Məmmədov 22 aprel 1996-cı ildə Şabran rayonunda anadan olmuşam. Orta məktəbi Şabran rayonunda bitirmişəm.
Hal-hazırda Anadolu Universiteti “ Azərbaycan Proqramları”nın İqtisad fakültəsinin ikinci kurs tələbəsiyəm.
– Anadolu Universiteti “Azərbaycan Proqramları”nda təhsil almaq marağı sizdə nəcə yarandı və distant təhsil sistemi haqqında necə oldu ki , məlumata sahib oldunuz?
– Anadolu Universiteti haqqında ilk məlumatım burda təhsil alan dostlarımın sayəsində olub. Mən də onların məsləhəti ilə və internet üzərində etdiyim öz araşdırmalarım nəticəsində təhsilin distant formasına marağım yarandı və qərara aldım ki, Anadolu Universitetinin “Azərbaycan Proqramları”nı seçim. Təhsilin distant forması Türkiyədə təhsil almaq istəyib amma maddi durumu uyğun olmayanlar üçün böyük imkanlar yaradır, Türkiyəyə getməyə ehtiyac qalmadan Eskişehirdən hər gün videokonfrans vasitəsi ilə canlı olaraq müəllimlərimizlə təmasda olaraq çox yüksək səviyyədə dərslər keçirilir. “Yüksek Onur Belgesi” almağım da buna sübutdur.( gülümsəyir)
– “ Yüksək Onur Belgesi” alan tələbələrdənsiniz buna görə sizi təbrik edirik, bu uğuru necə əldə etdiz?
-Dərs çalışarkən bir sistem tərtib edirəm və ona uyğun dərslərimi oxuyuram və çalışıram ki sistemdən kənara çıxmayım. Uğurlu tələbə olmaq üçün sadəcə oxumaq lazımdır.
– Sizcə imtahanda yüksək nəticəni göstərmək üçün tələbə hansı öhdəlikləri üzərinə götürməlidir ?
– Universitetimizin biz tələbələr üçün yaratdığı imkanlardan maksimum istifadə etməliyik.İnternetdən dərsləri oxumaqla, videokonfranslara qulaq asaraq və dərslik kitablarını oxuyaraq yüksək nəticələr əldə etmək mümkündür. Planşetlərdən sonra bu il dərslik kitabları ilə təmin olunmağımız biz tələbələr üçün böyük üstünlüklər yaratdı.
– İmtahana səmərəli hazırlaşmaq üçün hansı üsulu daha effektiv hesab edirsiniz?
– Dərs kitablarını gündəlik oxuyuram, həmçinin www.anadolu.edu.tr və əlavə olaraq www.azanadolu.edu.az saytlarını izləyirəm və birdə videokonfrans zamanı müəllimlərimizin bizə verdiyi e-mail adreslərə məktub yazaraq suallarımıza cavab alırıq.
– Qarşıda sizi növbəti ilin imtahanları gözləyir.Həmin imtahanlarda necə, yüksək nəticə əldə edəcəyinizə inanırsınızmı?
-İnanıram. Çünki , tərtib etdiyim dərs çalışma planımla birinci kursu uğurla başa vurdum və hər il tətbiq edərək “Yüksek Onur Belgesi” almağa iddialıyam.
-Boş vaxtlarınızda nə ilə məşğul olursunuz? Hansı əlavə məşğuliyyətləriniz var?
-Boş vaxtlarımda kitab oxuyuram, əsasən də xarici yazarlara üstünlük verirəm.
Son olaraq nələr demək istərdiniz?
– Univesitetimizin idarəçiliyindən tam olaraq razıyam, xüsusilə də müəllimlərimizin öz sahələrindəki peşəkarlığı biz tələbələrin bu uğurları əldə etməsində böyük rolları var. Anadolu Universitetinin “Azərbaycan Proqramları”nda yaxşı oxumaq üçün hər bir şərait yaradılıb heç bir problem yoxdu , əgər problem varsa oxumaq istəməyən tələbədədir.
Müsahibəni hazırladı: Gülər Qasımlı